Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways”ın rəsmi facebook səhifəsində dərc etdiyi məlumata görə, artıq sərnişinlər onları maraqlandıran sualları “Whatsapp” vasitəsilə 24 saat ərzində + 99470 437 4086 nömrəsinə ünvalaya bilərlər.
Xatırladaq ki, “Buta Airways” aviaşirkətinin uçuşları Heydər Əliyev Beynəlxalq hava limanın 2-ci terminalından həyata keçirilir.