Bakıdan Nyu-Yorka birbaşa təyyarə reysi açıldı

Təyyarə 11 saat uçuşdan sonra Nyu-Yorka enəcək
Xəbərlər 24 Sentyabr 2014 00:00 1402
Bakıdan Nyu-Yorka birbaşa təyyarə reysi açıldı

Azərbaycan Hava Yolları (AZAL) Nyu-Yorka yeni reys açıb. Seyyah.az-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, jurnalistlərə açıqlamasında AZAL-ın sədr müavini Sabir İlyasov deyib ki, Bakıdan Nyu-Yorka birbaşa uçuş həyata keçirən ilk təyyarə bu gün səhər 6:00-da yola düşüb. Təyyarəmiz 11 saatlıq uçuşdan sonra saat 17:00 radələrində Nyu-Yorka enəcək.

 va 

İlk olaraq həftədə 2 uçuş nəzərdə tutulub. Cədvəldə isə hər həftə ABŞ paytaxtına 3 uçuşun həyata keçirilməsi nəzərdə tutulub. Bu gün reallaşan ilk səfərdə təyyarədə 30 sərnişin olub. Gələcəkdə sərnişinlərin sayının artacağı gözlənilir. 

OXŞAR XƏBƏRLƏR