AZAL: "WizzAir" Azərbaycana uçuşları davam etdirəcək

AZAL-ın nümayəndə heyəti şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb
Xəbərlər 24 Sentyabr 2014 00:00 1249
AZAL: "WizzAir" Azərbaycana uçuşları davam etdirəcək
Macarıstanın "WizzAir" aviaşirkəti Azərbaycana uçuşları davam etdirəcək. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasov bildirib.

 

Onun sözlərinə görə, AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.

 

“"WizzAir" aviaşirkətinin Budapeştlə Bakı arasında aviareysləri yerinə yetirmək üçün Macarıstan tərəfinin Azərbaycanla dövlətlərarası sazişi yox idi. Onlar ancaq müvəqqəti protokol əsasında aviareyslərini yerinə yetirirdilər. Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştdə yollanıb. Onlar sentyabrın 27-də qayıdacaqlar”, - deyə S. İlyasov qeyd edib.

 

APA

OXŞAR XƏBƏRLƏR