Cənub bölgəsinin ən sərfəli OTELLƏRİ-QİYMƏTLƏR

Cənub bölgəsinin ən sərfəli OTELLƏRİ-QİYMƏTLƏR
Xəbərlər 24 Yanvar 2018 15:56 29947
Cənub bölgəsinin ən sərfəli OTELLƏRİ-QİYMƏTLƏR

Azərbaycanın ən səfalı rayonlarının yerləşdiyi bölgə olan cənub bölgəsi Azərbaycan turizminin inkişafı üçün yaxşı perspektivlər vəd edir.

Təmiz iqlim şəraiti, zəngin təbii sərvətlər və nadir tarixi -mədəniyyət abidələrinə malik cənub rayonları hər il minlərlə turist axınına qucaq açır.

Bəs bu bölgədə istirahət etmək üçün harda, necə və neçəyə qalmaq olar? Bu yazımızda…

 

 

 

 

 

“Qafqaz Sahil Hotel”

 

 

Lənkərandakı “Qafqaz Sahil Hotel”in ikinəfərlik standart otağı 27 kvm-dir. Otağın bir günlük kirayəsi 70 AZN-ə təklif edilir. Dəniz mənzərəli balkonu olan otağın telefonu, faksı, televizoru, kondisioneri var. Otaqda həmçinin ütü, istilik sistemi, divan, yazı masası, geyim dolabı, mini bar, soyuducu mövcuddur. Özəl hamamında fen, hamam ləvazimatları var . Otaq qiymətinə səhər qəlyanaltısı da daxildir. Lənkəran Dəmiryol Vağzalı 700 m, Hava Limanı isə 4 km-lik məsafədədir. İnternet, avtopark, fitness ödənişsizdir, sauna xidmətləri üçün əlavə ödəniş tələb edilir. Ev heyvanları da otelə qəbul edilir və bunun üçün əlavə ödəniş tələb edilmir. Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev 261, Tel: (025) 252 61 00

 

“Luxe Lankaran Hotel”

 

 

“Luxe Lankaran Hotel” 55 AZN-ə təklif etdiyi ikinəfərlik otaqlarının böyüklüyü 27 kvm-dir. Pəncərələrindən bütün şəhəri görə biləcəyiniz otaqda çarpayıdan əlavə televizor, kondisioner, seyf, telefon, istilik sistemi, mini bar mnövcuddur. Dəsmal və xalat, habelə saç qurutmaq üçün fenlə təchiz edilmiş hamamda ehtiyacınız olan gigiyenik vasitələr də var. Səhər qəlyanaltısı qiymətə daxildir. İnternet, avtoparklama və açıq üzmə hovuzu ödənişsizdir. Qapalı üzmə hovuzu, türk hamamı, buxar vannası, SPA, sağlamlıq xidmətləri, fitness və sauna üçün ayrı-ayrılıqda ödəniş tələb edilir. Ev heyvanları otelə daxil ola bilər, bunun üçün əlavə ödəniş alınmır. Otel Lənkəran şəhərindən 10 dəqiqləlik ayaq məsafəsi uzaqlığında yerləşir - Qala Xiyabanı küçəsi. Tel: 051 491 41 96

 

“Starway Hotel”

 

 

“Starway Hotel”in ikinəfərlik standart otaqları 40 kvm-lik ölçüdədir, günlük 35 AZN müqabilində təklif edilir. Televizor, telefon, kondisioner, yazı masası, yemək maması, istilik sistemi, geyinmə bölümü, geyim dolabı, xüsusi girişi olan otaqların özəl hamamında fen, gigiyenik vasitələr, ev başmaqları, hamam dəsmalları var. Səhər yeməyi qiymətə daxil deyil, amma tələb edilsə cəmi 2 AZN-ə bu xidmət də göstərilir. İstəyə görə ev heyvanı otelə daxil ola bilər. Amma büunun üçün əlavə ödəniş də tələb oluna bilər. Otaqlarda internet istifadəsi ödənişsizdir. Avtopark üçün əlavə ödəniş tələb edilmir. Otel Lənkəran şəhəri, Zərifə Əliyeva 123 ünvanında yerləşir, Tel: (050) 577 49 66

 

“Khan Lankaran Hotel”

 

 

“Khan Lankaran Hotel”in maraqlı interyeri olan 16 kvm-lik otaqlarının günlük ödənişi 60 AZN-dir. Bu qiymətə olan otaqda ixtiyarınıza iki çarpayı, televizor, kondisioner, yazı masası, geyim dolabı verilir. Özəl hamamında fen, hamam lavzimatları, habelə dəsmallar və xalat qoyulub. Otaqlarda ödənişsiz internet var, habelə avtomobil parkı üçün əlavə ödəniş alınmır . Səhər yeməyi otaq qiymətinə daxildir. Uşaqlar üçün oyun zalı mövcuddur. Otel Lənkəran şəhərinin 3.6 km-liyində yerləşir. Tel: 050 810 10 56

 

Mandarin Hotel”

 

 

“Mandarin Hotel”in 16 kvm-lik ikinəfərlik otaqları dağ mənzərəlidir. 40 AZN müqabilində verilən, televizoru, telefonu, kondisioneri, güzgülü dolabı, geyim dolabı, paltar qurutma mexanizmi, istilik sistemi, ev başmaqları olan otaqların vanna otağı ortaqdır. Otelin avtomobil parkı, habelə otaqlarda internet ödənişsizdir. Oteldə münasib qiymətə velosiped kirayələmək mümkündür. Otaq qiymətinə səhər yeməyi daxil deyil. İstəyə görə 5 AZN müqabilində bu xidmət də göstərilə bilər. Rayon mərkəzindən 5 km uzaqda yerləşir. Ünvan: Lənkəran rayonu, Göyşaban kəndi, tel: 050 547 83 83

 

“Palıdlı Beach Resort Lenkoran”

 

 

“Palıdlı Beach Resort Lenkoran”ın 30 kvm-lik ikinəfərlik standart oraqlarının qiyməti 140 AZN-dir. Dəniz mənzərəli balkonu, televizor, telefon, kondisioner, yumşaq mebel, mini bar, geyinib-soyunma bölümü olan otaqların hamamı ortaqdır. İnterneti və avtomobil parkı ödənişsizdir. Ev heyvanı otelə girə bilər, bunun üçün əlavə ödəniş alınmır. Türk hamamı -buxar vannası, saunadan istifadə əlavə ödəniş müqabilində mümkündür. Fitnes zal, axşam əyləncəsi, uşaqlar üçün oyun zalı ödənişsizdir. Ünvanı – Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi, tel: (050)365-36-66

 

“Khazar Palace Hotel”

 

 

“Khazar Palace Hotel”in 30 kvm-lik ikinəfərlik standart otaqlarına görə 110 AZN tələb edilir. Otaqda yataqlardan əlavə mini bar, seyf, televizor, telefon, kondisioner, yemək masası, elektrik çaydanı, geyim dolabı olan otaqların özəl hamamında fen, dəsmal və xalat, ev başmaqları, gigiyenik vasitələr mövcuddur. İnternet istifadəsi ödənişsizdir. Avtomobil parkı üçün ödəniş tələb edilmir. Səhər yeməyi qiymətə daxildir. Fitnes, üzmə hovuzu, uşaqlar üçün hovuz ödənişsizdir. Sauna və türk hamamı üçün əlavə ödəniş lazımdır. Ünvan: Lənkəran rayonu, Aşağı Nüvǝdi kəndi, tel: (050) 647-44-46

 

“Masalli Hotel & Restaurant”

 

 

“Masallı Hotel”in standart 2 nəfərlik otaqları 15 kvm-dir, bu otaqlara görə ödəniş 50 AZN-dir. Balkonu olan otaqların dağ, meşə, şəhər mənzərəsi var. Televizor, DVD player, kondisioner, ütü, iş masası, ventilyator, istilik istemi, soyunub-geyinmə bölümü, divan, geyim dolabı, mini bar, elektrik çaydanı, yemək masası, kiçik mətbəx sobası olan otaqların özəl hamında xalat, dəsmallar, gigiyenik vasitələr, ev başmaqları, fen mövcuddur. Hotelin avtomobil kirayələmə xidməti də var. Velosipedlərdən istifadə ödənişsizdir. Otelə ev heyvanı girə bilər və bunun üçün əlavə ödəniş tələb edilmir. İnternet və avtomobil parkı ödənişsizdir. Səhər yeməyi otaq qiymətinə daxildir. Otel Masallı şəhəri, H. Əliyev prospekti 18 ünvanında yerləşir.

 

“Vilesh Palace Hotel”

 

 

“Vilesh Palace Hotel”in ikinəfərlik standart otaqları 25 kvm-dir. Otağın qiyməti 70 AZN-dir. Dağ və ya çay mənzərəli otağın telefonu, televizoru, kondisioneri, seyfi, yazı masası, istilik sistemi, geyim dolabı, mini barı var. Özəl hamamında ehtiyacınız olan hər şey – gigiyenik vasitələr, xalat və dəsmallar, fen qoyulub. Otaq qiymətinə səhər qəlyanaltısı da daxildir. İnterneti və avtomobil parkı üçün ödəniş tələb edilmir. Otelin bağçasında dincəmək üçün yumşaq mebellər, piknik üçün ehtiyac olan lavazimatlar mövcuddur. Ünvan: Masallı şəhəri, tel: (055) 322 12 00

 

“Karal Hotel”

 

 

“Karal Hotel”in 55 kvm-lik standart ikinəfərlik otaqları üçün 50 AZN ödəniş tələb edilir. Televizoru, telefonu, kondisioneri, istilik sistemi, geyim dolabı, jurnal masası, yumşaq mebeli olan otağın hamamında istəyə görə duş kabin və ya vanna, xalat, dəsmallar, ev başmaqları var. İnternet istifadəsi sərbəstdir. Səhər yeməyi qiymətə daxil deyil, istəyə görə 5 AZN müqabilində mümkündür. Ev heyvanları otelə gorə bilər və bunun üçün əlavə ödəniş tələb edilmir. Oteldə ödənişsiz velosiped istifadəsi mümkündür. Avtomobil parklama yeri pulsuzdur. Ünvan: Masallı şəhəri, M.Talışxanov küçəsi 8, (050) 978 47 17

 

“Relax Otel Lerik”

 

 

“Relax Otel Lerik”in 2 nəfərlik standart otaqları 80 AZN müqabilində təklif edilir. Balkonlu otaqlarda ikinəfərlik yataq, güzgülü komod, geyim dolabı, televizor,telefon, istilik sistemi, yumşaq mebel, kondisioner mövcuddur. Hər otağın özəl vanna otağı var. Balkonda dincəlmək üçün masa və kreslolar qoyulub. Qiymətə səhər yeməyi daxildir. Fitness zaldan, futbol və voleybol meydançalarından istifadə ödənişsizdir. Velosiped kirayələmək mümkündür. Otelin animasiya, qapalı və açıq klubları var, uşaqlar çünü oyun otağı mövcuddur. Lənkəran - Lerik yolunun 33-cü km., tel: (50) 250-47-88
 

“Cənub+R MMC Hotel”

 

“Cənub Hotel”in koteclərində istirahət üçün bir günlük ödəniş 60 AZN-dir. Otaqlar həm siqaret çəkən həm də çəkməyən qonaqlara uyğun şəkildə tərtib olunub. Otaqların individual idarə olunan havalandırma və istiliksistemi, telefon, televizor, seyf, çay və qəhvə dəmləmək imkanı, iş masası, mini barı var. Özəl hamamldarda hər xırdalıq düşünülüb, saç qurutma feni mövcuddur. Qiymətə səhər yeməyi də daxildir. Mehmanxana Lənkəran-Lerik rayonun 36-cı km-liyində yerləşir. Mehmanxana-kotec hazırda təmirdədir, Novruz bayramında təkrar fəaliyyətə başlayacaq. Tel: (50) 409-35-35

OXŞAR XƏBƏRLƏR