Artıq Türkiyəyə erkən rezervasiyalara start verilib.
Bu isə o deməkdir ki, yayı Türkiyədə sərfəli qiymətə keçirmək istəyənlər artıq indidən Türkiyəyə turpaketlərini almalıdırlar. Səyyah.az turizm portalının məlumatına görə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən birinin meneceri Lətifə Əliyeva fins.az müsahibəsi zamanı bildirib ki, erkən rezervasiyanın əslində 28 fevrala kimi davam etməli olduğu halda, bu il rezervasiya daha tez dayandırıla bilər. Lətifə Əliyeva hazırda Türkiyə istirahət mərkəzlərinin artıq indidən çox sayda müştəri topladıqlarını və bu səbəbdən erkən rezervasiyanın 31 yanvarda dayandırıla biləcəyini qeyd edib. Şirkət rəsmisinin sözlərinə görə hazırda Türkiyə istirahət mərkəzlərində iki nəfərin 5 ulduzlu oteldə 1 həftə qonaqlaması 670 dollaradır. Məlumat üçün bildirək ki,bu qiymətə gediş-gəliş aviabileti,gün ərzində 3 dəfə qidalanma və içkilərdən istifadə daxildir. 28 fevraldan sonra bu qiyməti ən azı 940 dollar olacağı gözlənilir. Hazırda erkən rezervasiya ilə əlaqədər olaraq iki nəfərlik ən ucuz turpaket 274 dollardı.
Lətifə Əliyeva bildirib ki, Türkiyə otelləri erkən rezervasiya ilə bağlı 35%,42%,50% endirimlər təklif edir.