Şərqin elm və mədəniyyət beşiklərindən biri sayılan Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, təbii mağaraları bu ərazini əsrarəngiz bir gözəlliyə bürüyür.
Tarix qoxuyan Gəncə hər il minlərlə yerli və xarici turistə ev sahibliyi edir. Şəhərin həm mərkəzində, həm də sakit guşələrində yerləşən otellərdə gecələmək, xidmətlərindən istifadə etmək neçəyədir? Bu yazımızda...
“Ganja Hotel”

Gəncə şəhərinin mərkəzində yerləşən “Gəncə Hotel”də ikinəfərlik standart otaqlar 27 kvm-dir. 75 AZN müqabilində təklif edilən otağın pəncərələri möhtəşəm Gəncə mənzərəsi əks etdirir. Hər otaqda çarpayılardan əlavə televizor, kondisioner, istilik sistemi, geyim dolabı var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, o cümlədən ev başmaqları mövcuddur. Səhər yeməyi otel qiymətinə daxildir. Oteldə internet və avto park yeri ödənişsizdir. Gəncə Musiqi Evi otelin yanında yerləşir. Gəncə Otel dəmiryol vağzalından 3.8 km, hava limanından isə 9 km. uzaqlıqdadır.
“Deluxe Hotel”

“Deluxe Hotel”in 32 kvm-lik ikinəfərlik standart otaqları 80 AZN-dir. Otaqda çarpayılardan əlavə televizor, kondisioner, soyuducu, istilik sistemi, telefon, geyim dolabı, güzgülü komod var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur. Qiymətə səhər qəlyanaltısı da daxildir. Açıq və qapalı üzmə hovuzu, fitness mərkəzi ödənişsizdir. Türk hamamı, masaj və sauna üçün əlavə ödəniş tələb olunur. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Otel Nizami Gəncəvi prespekti 42 ünvanında yerləşir. Tel: 050 356 90 00
“Ramada Plaza”

“Ramada Plaza Gəncə” otelinin ən sərfəli ikinəfərlik otağının böyüklüyü 30 kvm, qiyməti 140 AZN-dir. Otaqda çarpayılardan əlavə televizor, kondisioner, soyuducu, istilik sistemi, telefon, geyim dolabı, güzgülü komod, seyf, ventilyator, ütü var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur. Qiymətə səhər qəlyanaltısı da daxildir. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Otel Nizami Gəncəvi prespekti 519 ünvanında yerləşir.Tel: (022) 267 00 05
“Gəncə Karvansaray Otel”

“Gəncə Karvansaray Otel”in 22 kvm-lik ikinəfərlik standart otaqlarının qiyməti 51 AZN-dir. Otaqda iki təkadamlıq çarpayıdan əlavə televizor, kondisioner, soyuducu, istilik sistemi, telefon, geyim dolabı, güzgülü komod, yumşaq mebel var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur. Qiymətə səhər qəlyanaltısı daxil deyil, bunun üçün əlavə 4 AZN ödəmək lazımdır. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Fitness zal, sauna, türk hamamı, hovuz xidmətləri ödənişsizdir, masaj üçün əlavə ödəniş tələb edilir. Otel Gəncə-Yevlax yolunun 1-ci km-liyində yerləşir. Tel: (050) 245 30 00
“Vego Hotel”

“Vego Hotel”in 31 kvm-lik standart ikinəfərlik otaqlarında qalmaq üçün 137 AZN tələb olunur. Otaqda çarpayılardan əlavə televizor, kondisioner, soyuducu, istilik sistemi, telefon, geyim dolabı, güzgülü komod, seyf, iki ədəd kreslo var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur. Qiymətə səhər qəlyanaltısı da daxildir. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Masaj kreslosu üçün ödəniş tələb edilmir, amma türk hamamı, sauna və masaj üçün əlavə ödəniş tələb olunur. Otel Cavad Xan küçəsi 38 ünvanında yerləşir. Tel: (022) 264 01 82
“Cinema Boutique Hotel”

“Cinema Boutique Hotel”in 25 kvm-lik ikinəfərlik standart otaqlarında DVD, Video maqnitafon, oyun diskləri, telefon, televizor, kondisioner, seyf, ventilyator, yumşaq mebel, soyunub-geyinmə bölümü, istilik sistemi, geyim dolabı, minibar, yemək masası var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur, istəyə görə vanna və ya duş kabin ola bilər. Qiymətə səhər qəlyanaltısı da daxildir. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Otelin daxilində velosiped kirayələyə bilərsiniz. Otel Cavad Xan küçəsi 2 ünvanında yerləşir. Tel: (055) 699 55 43
“Otel My Way”

“Otel My Way”ın 80 AZN-ə təklif edilən 22 kvm-lik standart ikinəfərlik otaqlarında çarpayı iki ədəd təknəfərlik və ya bir ədəd ikinəfərlik ola bilər. Balkonlu otağın kondisioneri, televizoru, istilik sistei, geyim dolabı, ventilyatoru, mini barı, çay-qəhvə dəmləmək üçün imkanı var. Hamamında gigiyenik vasitələr, dəsmal və xalat, fen, o cümlədən ev başmaqları mövcuddur. Qiymətə səhər qəlyanaltısı da daxildir. Oteldə internet və avtomobil park yeri ödənişsizdir. Masaj, fitnet, buxar hamamı, sauna ödənişli xidmətlərdir. Otel Əhməd Cəmil küçəsində yerləşir. Tel: (055) 450 99 00
“Hostel of Ganja”

“Gəncə Hosteli”ndə 8 nəfərlik otaqda gecələmək istəyənlərdən bu xidmət müqabilində 18 AZN tələb olunur. Ümumi mətbəxdə çay və qəhvə dəmləmək imkanı, qaz sobası, soyuducu, mikrodalğalı soba, paltaryuyan maşın var. Otaqlarda televizor, kondisioner, ütü, geyim dolabı var. Hamamda dəsmal və gigiyenik vasitələr mövcuddur. Hostel ərazisində ödənişsiz internet var. Hostel Nəriman Nərimanov 77 ünvanında yerləşir.