Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi
Xəbərlər 26 Yanvar 2018 16:37 1197
Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Sevgilimlə evlənmə qərarı vermişdik. Və bunu mümkün qədər asan, maddi çətinlik və mənəvi sıxıntılar olmadan etmək istəyirdik. Əvvəldən mentalitet və adət-ənənələrin gətirdiyi problemlərə qarşıydıq. Bunları həyatımızdan uzaq tutmaq istəyirdik.

Odur ki, ənənəvi mərasimlərin heç birini etməmək qərarı verdik. Nigahımızı gözdən uzaq, kiçik bir şəhərdə – küçədə tanış olduğumuz taksi sürücülərinin şahidliyilə, toyumuzu isə bir parkda, 35 nəfər dost-tanışımızın iştirakı ilə etdik.

Bu, həyatımız boyu etdiyimiz ən yaxşı seçimlərdən biri idi. Evlilik həyat tərzidir. Onu necə başlamaq, qeyd etmək isə sadəcə bir seçimdir. Buna görə arzularımıza, seçimlərimizə anlayış və hörmətlə yanaşan ailələrimizə minnətdarıq.

10 DƏQİQƏYƏ NECƏ EVLƏNDİK?

2016 08 30 05 39 48 1 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Gürcüstana səyahət edəndə Siqnaxi adlı bir şəhərdən düşdü yolumuz. Şəhəri çox sevdik və elə burada evlənməyə qərar verdik. Gözəl, sakit şəhər olması ilə yanaşı, Siqnaxinin bir özəlliyi də var. Dünyanın istənilən ölkəsindən olan insanlar burada heç bir xüsusi sənəd və müraciət olmadan 10 dəqiqəyə evlənə bilirlər. Şəhər Gürcüstanın Şərqindəki Kaxeti vilayətindədir. Dünyada “City of Love” – “Sevgi şəhəri” kimi tanınır.

Yəqin elə mənim kimi, eşidənlərin çoxu bu sözün arxasında hansısa rəvayətin olduğunu düşünür. Nə Gürcüstanda yaşadığım 3 ildə bu barədə nəsə eşitdim, nə də oxuduğum mənbələrdən bu haqda nəsə tapdım.

GÜRCÜSTANIN “SEVGİ ŞƏHƏRİ”

a taxi 23 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Şəhərin abadlaşdırılmasına keçmiş prezident Mixael Saakaşvilinin hakimiyyəti dövründə başlanıb. Daha sonra “Sevgi şəhəri” adı ilə dünyada tanıdılmağa başlanıb. Gürcü dostlarımdan eşitdiyimə görə “Sevgi şəhəri” ifadəsi həmin brendləşmənin sadəcə bir parçası olub. Yəni, “City of Love” yazıb, təqdim edirlər. Açıqlaması isə belədir ki, bir çox cütlük Siqnaxini romantik yer hesab edir və burada evlənirlər.

Ümumiyyətlə, Saakaşvili hakimiyyətə gələndən sonra Gürcüstanın bir çox regionlarını abadlaşdırıb. Onlara yeni həyat verib. Batumi də belə şəhərlərdəndir. Gürcülər Saakaşvilini ümumən sevməsələr də, onun bu xidmətini ehtiramla xatırlayırlar.

TBİLİSİDƏN 109 KM UZAQLIQDADI

a taxi 19 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Siqnaxi Gürcüstanın paytaxtı Tbilisidən maşınla 1,5 – 2 saatlıq, Azərbaycanın Balakən rayonundan isə 1 saat 20 dəqiqəlik uzaqlıqdadır. Kiçik şəhərdir. Gəzib-görməyə 1 gün, evlənməyə isə 10 dəqiqə bəs edir. Siqnaxidəki nigah idarəsi beynəlxalq statusa malikdir. Dünyanın istənilən ölkəsindən hər kəs bura gəlib, sadəcə pasportunu təqdim etməklə evlənə bilir. Bu nigah dünyanın hər yerində tanınır, qəbul olunur. Sadəcə, nigah şəhadətnaməsini təsdiqlətmək üçün apostil almaq gərəkir. Onu da Tbilisidə “Justice House”da təxminən 1 saata etdirmək olur.

PROSESİN QISA İZAHI:

a taxi 20 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Siqnaxiyə gedib, şəhər mərkəzində düşürsünüz;

Nigah idarəsi şəhərin mərkəzindədir;

Həftə içi 5 gün, səhər saat 10-dan axşam saat 5-dək işləyir;

Əvvəlcədən heç bir görüş və vaxt təyin etməyə ehtiyac yoxdur;

Yaxınlaşıb “evlənmək istəyirik”, – deyirsiniz;

Sizdən pasportunuzu təqdim etməyinizi xahiş edirlər;

Evlənmək üçün dövlət rüsumu 52 laridir (20 dollar);

Bu pula xidmət haqqı, nigah salonunda şampan şərabı və musiqi daxildir;

Pasportunuzu alırlar, vacib məlumatları qeyd edib, qaytarırlar;

Sonra sizdən şahid tapmağı xahiş edirlər;

Əgər əvvəlcədən müəyyən olunmuş şahidiniz yoxdursa, oradakı turistlər, yaxud binanın qarşısındakı taksi sürücüləri şahidiniz ola bilər;

Şahid olmağı xahiş etdiyiniz adamlar sizdən heç bir ödəniş tələb etmirlər və bunu sevə-sevə edirlər;

a taxi 21 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Nigah gürcü dilində olur, amma öncədən sizə rus dilində hər şeyi izah edirlər;

Gürcü dilində danışan nigah məmuruna istədiyiniz dildə cavab verə bilərsiniz. Mən ingilis, Orxan isə rus dilində “hə” dedik 

Nigahdan sonra hamı gedir. Sizi salonda tək qoyurlar. İstədiyiniz qədər qalıb, rəqs edə, şampan içə, şəkil çəkdirə bilərsiniz;

Nigah şəhadətnaməsinin apostolini istədiyiniz vaxt Tbilisidən ala bilərsiniz.

NİGAH SALONU, ŞAMPAN ŞƏRABI VƏ MUSİQİ…

a taxi 26 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Biz bu nigah üçün xüsusi heç nə etməmişdik. Çantamızdakı uyğun paltarları yuyub, ütüləyib geyindik. Saçımızı, üz-gözümüzü də özümüz düzəltdik.

Nigah salonu, şampan şərabı və musiqi – hamısı möhtəşəm idi. Ən maraqlısı da odur ki, biz bunu gözləmirdik. Salonda Frank Sinatradan “Strangers in the night” səslənəndə ən möhtəşəm hisslərdən birini yaşadım. Çünki bu, həyatım boyu ən çox sevdiyim mahnılardan biri olub. Çox möhtəşəm gün idi 

SİQNAXİDƏ QİYMƏTLƏR NECƏDİR?

sighnaghi1 - Azərbaycanlı cütlük xaricdə 10 dəqiqəyə evləndi

Tbilisidən Siqnaxiyə “Samqori” metro stansiyasından getdik. Metronun qarşısından regionlara avtobus və taksilər gedir. Avtobus ilə 6 lari (2 dollar), taksi ilə 12-15 lariyə (5 dollar) getmək mümkündür.

Siqnaxidə yerli sakinlərin əksəriyyəti evlərini günlük 10-15 lariyə kirayə verirlər (5-6 dollar). Otel qiymətləri də ucuzdur. Şəhərin ən yaxşı otelində iki nəfərlik otağın bir gecəlik qiyməti 60 lari idi (20 dollar). Bu qiymətə səhər yeməyi də daxil idi.

Kafe, restoranının qiyməti isə Tbilisidə olduğu kimidir. Azərbaycanla müqayisədə çox-çox ucuz.

Uzun sözün qısası, Siqnaxi çox gözəl şəhərdir. Dağın başında, kiçik, qırmızı damları olan evləri, başının üstünü alan dumanını Alazan çayının möhtəşəm görüntüsü tamamlayır. Dolambaç yolları, meşələri, mənzərəsi və təmiz havası ilə möhtəşəmdir. Bu şəhəri gedib-görmək, elə getmişkən də orada evlənmək lazımdır

OXŞAR XƏBƏRLƏR