Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?
Xəbərlər 26 Yanvar 2018 16:41 992
Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Xaricdə yaşayan insanlar arasında keçirilən sorğu nəticəsində, qonaqpərvərliyi və isti münasibəti ilə önə çıxan 5 ölkənin adı məlum olub.

Xarici ölkələrdə yaşayan insanların qurduğu “InterNations” adlı ictimai quruluş, hər il sorğu keçirərək üzvlərindən yaşadıqları ölkədə həyatın, insanların onlara qarşı olan münasibətinin hansı səviyyədə olduğunu araşdırır. Və xüsusi bal sistemi ilə yaşadıqları ölkələri dəyərləndirmələrini istəyir.

Bu il də 191 ölkədə 14 min insan arasında sorğu keçirilib. Xalqının xeyirxahlığı və isti münasibətiylə seçilən 5 ölkə məlum olub.

 1. UQANDA RESPUBLİKASI

uqanda - Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Uqanda (Şərqi Afrika ölkəsidir) isti münasibəti ilə ən çox bal toplayıb. Burada yaşayan heç bir xarici vətəndaş ölkə haqqında mənfi bal verməyib.

Uqanda ümumilikdə bütün dünya insanlarını xoş münasibətlə qarşılayan və qonaqpərvərliyi ilə tanınan bir ölkədir. Ölkənin dörd fəsli də yaydır. Möhtəşəm təbiəti var.

Dövlət idarəsində qeyri-sabitlik, yollarda tıxaclar, köhnə texnologiyaya aid avtomobillərin istifadəsi və infrastruktur problemləri olsa da, burada yaşayan xaricilərin çoxu ölkəni sevir və daha uzun müddət burada qalmaq üçün iş müqavilələrini uzatmaq, hətta tamamilə buraya yerləşmək istəyirlər.

Əcnəbilər ingiliscənin daha çox istifadə olunduğu və beynəlxalq restoranlara sahib Kampala şəhərində yaşayır. Məhəllələr arasında yerli və ya xarici ayrı-seçkiliyi hiss olunmur. Qida və əmək ucuz olduğundan xaricilər burada həyat standartlarını daha yaxşı tətbiq edə bilirlər.

 2. KOSTA RİKA

kosta rika - Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Bu Orta Amerika ölkəsində yaşayan 10 xaricidən doqquzu xalqın isti münasibətini məmnuniyyətlə dilə gətirib. Sorğuda iştirak edən 80 faiz insan burada əcnəbi olduqlarını hiss etmədiklərini söyləyiblər.

Kosta Rikada çox sayda gəlmələr yaşayır. Bu ölkənin həyat fəlsəfəsi “içdən yaşamaq”, – anlayışını ifadə edir. Bəziləri ölkədə bərabərlik və şəffaflığın davam etməsində sosialist hökuməti rolunun böyük olduğunu bildirir.

Burada ingiliscə ünsiyyət qurmaq rahat olsa da, ispan dilini öyrənmək yerli xalqla olan əlaqəni daha da asanlaşdırır. Kosta Rika xalqı, mədəniyyətini anlayan və ona uymağa çalışan hər insana xoş düşüncəylə yanaşır.

Burada biraz yaşlı olan xaricilər sahildə, çalışanlar isə daxili bölgələrdəki San Jose yaxınlığında yaşamağı seçir. Son 10 ildə ölkədə həyatın bahalaşdığı bildirilir.

3. KOLUMBİYA

kolumbiya - Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Bir çox xarici vətəndaş Cənubi Amerikadakı bu ölkəni artıq öz ölkəsi kimi qəbul edib. Ölkədə yaşayan gəlmələr az olduğundan yerlilər onlara turist gözüylə baxır və davamlı xoş münasibət göstərməyə çalışır.

Ölkənin ikinci böyük şəhəri Medellində yaşayan və 40 ölkədə səyahətdə olmuş William Duran, Kolumbiya xalqının xarici vətəndaşlarla münasibətdə daim yeniliyə açıq, çox şən, köməksevər olduqlarını söyləyir.

Ölkədə çalışan xaricilərin çoxu 8 milyon əhalisi olan paytaxt Bogotada yaşayır. Tıxac problemi səbəbindən evlər iş yerinə yaxın məsafələrdə seçilir.

Kolumbiyada qida və xidmətlər olduqca ucuzdur. Əcnəbilərin çoxu evləri üçün bir neçə köməkçi götürə bilir. Lakin onların qazancları çox olduğundan elektrik və su kimi xidmətlər üçün daha çox vergi ödəyirlər.

4. OMAN

oman - Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Dünyanın ən günəşli ölkələrindən biri olan Omanda xalq gəlmələrə qarşı qonaqpərvərliyi ilə tanınır. Ölkədə ehtiyacı olanlara kömək etmək və gələn qonaqlara qapılarını açmaq ənənəsi İslam dininin inanclarına əsaslanır.

Burada evdən kənar həyat, düşərgələr və macəra idmanları önə çıxan həyat tərzidir. Bahalıq son vaxtlarda artsa da, araşdırmalara görə, Oman, Orta Şərqin iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsidir.

5. FİLİPPİN

filippin - Dünyanın ən qonaqpərvər ölkələri hansılardır?

Bu adalar ölkəsi bir çox beynəlxalq şirkətlərin şöbə açdığı və dünyanın hər tərəfindən xaricilərin səyahət etdiyi ölkəyə çevrilib. Bu gün 159 ölkə vətəndaşı Filippinə vizasız girə bilir.

Yerli xalq çox qonaqpərvərdir və party-lərə, festivallara getməyi, hətta yalnız gəzməyi çox sevirlər. Filippin adalarında yaşayan gəlmələrin çoxu dəniz kənarında yaşamağa üstünlük verir.

Turizm nazirliyi, “Filippində hər şey daha əyləncəlidir”, – kəlməsini şüar olaraq istifadə edir.

Bir çox xarici vətəndaş Manila bölgəsində işləsə də, özünə dəniz kənarında ev seçir. Bu baxımdan şəhərin cənubundakı Tagatay bölgəsi məşhurdur.

Filippin 7100 adadan ibarətdir. Xaricilər buradakı tropik həyat tərzini çox sevirlər.

@seyahetchi.az

OXŞAR XƏBƏRLƏR