"Deluxe Sity Hotel" Dənizkənarı Milli Parkın yaxınlığında yerləşir. Ötən ilin dekabr ayının 31-də fəaliyyətə başlayan otelin 14 otağı var. Otaqlar standart 2 nəfərlik və deluxe nömrələrdir. Standart otaqların günü 1 nəfər üçün 80 manat, 2 nəfər üçün 85 manat təyin edilib. Otaq qiymətinə səhər yeməyi də daxildir.
Delüks otaqlar 90-100 manat aralığında təklif edilir. Qiymətə səhər yeməyi də daxildir.
Oteldə internet, camaşırxana xidməti var. Bunun üçün əlavə ödəniş tələb edilir.
Otel həmçinin şəhərdaxili və şəhər xarici (məs: Qəbələ) turlar təşkil edir.
İstəyə görə aeroport transferləri mümkündür. Oteldən bildirirlər ki, əsas qonaqları əcnəbilərdir: “Əksəriyyəti Kveyt, İran, İraq, Rusiyadan olur, həmçinin Türkiyədən, Danimarkadan də qonaqlar var. Yerli turistlər də oteldə qala bilər, lakin bunun üçün nigah şəhadətnaməsi şərtdir”.
“Deluxe City Hotel”in ünvanı:
Rixard Zorge str 5A, Bakı 1001
Tel:
055 404 00 49