Tailandda turistlərə xüsusi qolbaq taxılacaq

Bu addım ölkənin kurortlarında təhlükəsizliyin səviyyəsini artırmağa hesablanıb
Xəbərlər 30 Sentyabr 2014 00:00 1081
Tailandda turistlərə xüsusi qolbaq taxılacaq

Tailand hakimiyyəti turistlərə eyniləşdirilmiş nömrələri olan qolbaqlar taxmağı planlaşdırır.Seyyah.az -ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Tailandın turizm və idman naziri Kobkarn Vattanavranqkul deyib.

Onun sözlərinə görə, bu addım ölkənin kurortlarında təhlükəsizliyin səviyyəsini artırmağa hesablanıb.

Belə qolbaqlar turistlər oteldə yerləşərkən veriləcək.

Nazir turistlərin yerlərini müəyyənləşdirmək üçün xüsusi elektron qurğuların tətbiqi imkanının da nəzərdən keçirildiyini deyib.

OXŞAR XƏBƏRLƏR