Azərbaycanda “Alp” üslubunda otel açılır- Foto

Xəbərlər 2 Oktyabr 2014 00:00 2127
Azərbaycanda “Alp” üslubunda otel açılır- Foto

“Şahdağ” Qış-Yay Turizm Kompleksi layihəsi çərçivəsində daha bir otel istifadəyə veriləcək.

Qusar-Ləzə Yolunun 29-cu km-də yerləşən “Park Chalet Şahdağ” oteli 2014-cü ilin Dekabr ayında açılacaq.

“Park Chalet Şahdağ” oteli 164 geniş, dağlara açılan gözəl mənzərəli lüks otaqları ilə seçilir. Şahdağ Dağlıq Kurortunda yerləşən “Park Chalet Şahdağ” “Alp” üslubunda dəbdəbəli oteldir.

“Park Chalet Şahdağ” otelinin eleqant qonaq otaqları möhtəşəm dağ mənzərəsi ilə vurğulanmış sadə və bir o qədər də lüks dizayn ilə tərtib olunmuşdur. Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd panellər və geniş həcmli iş masası daxildir. Standart otaqlar 300 ölçülü döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir. Geniş mərmər vanna otaqlarında ayrı tualetlər, duş kabineti və vanna, digər əlavə hamam ərazisi və hamam ləvazimatları daxildir. Bütün otaqlar ən müasir avadanlıqlarla təchiz olunub.

“Park Chalet Şahdağ” oteli qonaqlarına Şahdağ Dağlıq Kurortunun lift bazasına birbaşa giriş təmin edir.

“Park Chalet Şahdağ” oteli tam təchizatlı fitnes və spa mərkəzi, eleqant bar və restoranlar da fəaliyyət göstərəcəkdir. Oteldə səhər, nahar və şam yeməyi təklif edən “Aspen” Restoranı və “Mocca Cafe and Pastry” kafesi və 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan “Samur” Konfrans Zalı  işləyəcək.

“Park Chalet Şahdağ” otelini “ABSHERON Hotel Group” idarə edəcəkdir. Bu şirkət “Pik Palac” otelini də idarə edir. Həmçinin hazırda şirkətin Bakı Ağ Şəhərdə yerləşəcək  818 nömrəlik nəhəng “BOULEVARD” oteli  və Milli Park yaxınlığında “İnturist Otel”i də tikilir. “BOULEVARD” oteli  2015-ci ilin iyununda, “İnturist Oteli” isə Mayında istifadəyə veriləcək.

Qeyd edək ki, buzlaqlı uca dağlar, geniş meşələr, mənzərəli dağ gölləri və şəlalələr, zəngin flora və faunanın modern infrastrukturla vəhdəti Shahdağı mükəmməl istirahət məkanına çevirir. 2500 metr yüksəklikdə yerləşən və ən yüksək standartlara cavab verən Şahdağ Tuizm Kompleksi il boyu əyləncədən, müasir və dəbdəbəli otellərdən, zəngin mədəni irsdən zövq almaq imkanını təklif edir. Artıq “Şahdağ” turizm kompleksində “Zirvə” oteli, “Pik Palac” oteli, “Şahdağ” oteli və “Qaya” evləri fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR