Tripadvisor, hər il dünyadakı və regionlarındakı ən yaxşı otelləri, çimərlikləri, destinasyonları və restoranları milyonlarla səyyahın səsləri ilə müəyyən edərək mükafatlandırır.
Travelers Choice mükafat kateqoriyalarına bu il ilk dəfə hava yolu şirkətləri də daxil edilib. Tripadvisor Flights-ın Baş Direktoru Brayan Saltzburg tərəfindən mükafatlara dair edilən açıqlamada, "Travelers Choice mükafatlarında ilk dəfə sərnişinlərin təyyarə səfərlərində Tripadvisor icmasının təcrübələrinə əsaslanaraq ən şüurlu şəkildə qərar vermələrinə kömək edəcəyik."sözlərini qeyd edib. Milyonlarla səyyahın səsləriylə təyin olunan dünya sıralamasında birinciliyi əldə edən Emirates, 5 ayrı fərqli nominasiyada mükafatlar qazanıb. Ən yaxşı aviaşirkətlərin adları açıqlanıb.
Dünyanın ən yaxşı hava yolu şirkətləri:
1. Emirates
2. Singapore Airlines
3. Azul
4. JetBlue
5. Air New Zeland
6. Korean Air
7. Japan Airlines
8. Thai Smile
9. Alaska Airlines
10. Garuda Indonesia