"Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir".
Səyyah.az turizm portalı xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir:
"Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".
Ə. Qarayev əlavə edib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox üstünlük verilir.
© APA