Nazir: Lisenziyalar ləğv olunandan sonra turizmin səviyyəsi enir

Nazir: Lisenziyalar ləğv olunandan sonra turizmin səviyyəsi enir
Xəbərlər 31 Yanvar 2018 12:51 502
Nazir: Lisenziyalar ləğv olunandan sonra turizmin səviyyəsi enir

"Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllalar ortaya çıxıb". 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Səyyah.az turizm portalının məlumatına görə nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar:

"Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".

"GÜZƏŞTƏ GEDİLMƏYƏCƏK"

Ə.Qarayev əlavə edib ki, hazırda turizm haqqında yeni qanunun üzərində iş aparılır:

"Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beş ulduzlu otel əvəzinə iki ulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllalıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə gözləyirəm".

© Report

OXŞAR XƏBƏRLƏR