5 gün Kapadokyada – QİYMƏTLƏR

5 gün Kapadokyada – QİYMƏTLƏR
Xəbərlər 31 Yanvar 2018 13:58 855
5 gün Kapadokyada – QİYMƏTLƏR

Kapadokya tarixi dəyərləri, sirli yeraltı şəhərləri, gözəl atları, ləziz yerli mətbəxi, maraqlı əyləncələri ilə Turkiyənin mütləq görülməli cənnət bölgələrindəndir.

Kapadokya fars dilində “Katpatuk”, yəni “Gözəl atlar diyarı” deməkdir. 1985-ci ildə UNESCO-nun qoruma altına aldığı Kapadokya əsrlər əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir mənzərədir. Hitit, Frig, Fars, Roma, Bizans və Selçuk kimi böyük mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı bərabəri yoxdur. Qayalara oyulan evlər və kilsələr bölgəni Roma İmperiyasının təzyiqlərindən qaçan xristiyanlar üçün böyük bir sığınacağa çevirmişdi. Kapadokya turuna gəlincə isə ölkəmizdə fəaliyyət göstərən D.TravelCompany turizm şirkəti adı çəkilən yerə tur təşkil edir.

Tur 12.06.2018-16.06.2018 tarixlərində baş tutacaq. Səfərin qiyməti 350 manatdır. Tura aviabilet (gediş-dönüş), 4 gecə 5 gün Capadokia Symbo Hoteldə qonaqlama, səhər yeməyi və sığorta daxildir.

OXŞAR XƏBƏRLƏR