Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda – REYTİNQ

Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda – REYTİNQ
Xəbərlər 31 Yanvar 2018 15:39 491
Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda – REYTİNQ

Azərbaycan rusiyalı turistlər üçün ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda yer alıb.

Səyyah.az turizm portalının məlumatına görə fins.az bu barədə “Skyscanner” hotel və aviabilet axtarışları portalının reytinqinə istinadən məlumat verir. Reytinqə əsasən, Azərbaycana iki nəfər üçün iki həftəlik səyahət rusiyalı turistlərə 1 616 dollara başa gəlir. Bu məbləğdən 426 dollarını uçuş qiyməti təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan 23 ölkə arasında 6-cı yerdə qərarlaşıb. Mütəxəssislər hesablayıb ki, Azərbaycanda iki nəfər üçün orta gündəlik büdcə 85 dollar təşkil edir. Bu məbləğdən 35 dolları yaşayış, 32 dolları qidalanma, 18 dolları əyləncəyə xərclənir. Rusiyalı turistlər üçün ən ucuz istiqamət Belarus (1 359 dollar), ən bahalı istiqamət Kuba (2 755 dollar) olub.

OXŞAR XƏBƏRLƏR