Misirə viza almaq çətinləşdi

Misirin bütün şəhərlərinə səyahət etmədən öncə vizanı yalnız Misirin Azərbaycandakı səfirliyindən almaq olacaq
Xəbərlər 8 Oktyabr 2014 00:00 1750
Misirə viza almaq çətinləşdi

Misir Azərbaycan vətəndaşları üçün viza rejimini çətinləşdirib. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, daha əvvəl Azərbaycan vətəndaşları Misirin Xurqada və Şarm-Əl Şeyx şəhərlərinə vizanı həm Misirin Azərbaycandakı səfirliyində, həm də sözügedən şəhələrin aeroportlarında ala bilirdilər. Lakin artıq bu, mümkün olmayacaq.

Artıq Azərbaycan vətəndaşları Misirin bütün şəhərlərinə səyahət etmədən öncə vizanı yalnız Misirin Azərbaycandakı səfirliyindən ala biləcəklər.

OXŞAR XƏBƏRLƏR