"Azur Air"in təyyarəsi təcili eniş edib

"Azur Air"in təyyarəsi təcili eniş edib
Xəbərlər 1 Fevral 2018 10:38 489
"Azur Air"in təyyarəsi təcili eniş edib

Rusiyadan Kubaya reys edən "Azur Air" aviaşirkətinin sərnişin təyyarəsi ABŞ-ın Atlantik-Siti şəhərində təcili eniş edib.

Səyyah.Az turizm portalı trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru Anastasiya Matyuşına bildirib.

A.Matyuşına deyib: "Moskva (Rusiya) - Varadero (Kuba) marşrutu üzrə həyəta keçirilərkən ZF 555 reysinin heyət üzvləri yüksək yanacaq sərfiyyatını müəyyən edib. Komandir ehtiyat aerodromda eniş etmək qərarı qəbul edib".

Qeyd edilir ki, təyyarədə 294 sərnişin və 14 heyət üzvü olub.

OXŞAR XƏBƏRLƏR