Azərbaycanda yeni aeroport tikiləcək

Xəbərlər 8 Oktyabr 2014 00:00 1113
Azərbaycanda yeni aeroport tikiləcək

Gələcəkdə Ələt qəsəbəsində yeni aeroport, dəmir yolu inşa olunacaq. Seyyah.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində söyləyib.

Qaradağ rayonu ərazisində Bakı Dərin Özüllər Zavodunun, Səngəçal terminalının, sement zavodunun və digər sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri, Ələt qəsəbəsində inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini də xüsusi qeyd edib. O deyib ki, qəsəbə gələcəkdə ayrıca şəhər kimi inkişaf edəcək. Çünki Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək.

C.Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan aeroport bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.

OXŞAR XƏBƏRLƏR