Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur.
Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addımaddım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımdır. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. İstanbulun ecazkar gözəlliyini görmək isdəyirsinizsə turizm şirkətinin yaratdığı fürsətlərdən yararlanın. 300 manata olan İstanbul turuna səfər may ayının 22-dən 25-ə kimidir. Qiymətə daxildir aviabilet, oteldə 4 gün 3 gecə və səhər yeməyi.