Bakının turistin başına reklam lövhəsi düşdü

Bakının turistin başına reklam lövhəsi düşdü
Xəbərlər 6 Fevral 2018 08:29 695
Bakının turistin başına reklam lövhəsi düşdü

Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

  Səyyah.az turizm portalının “Report”a istinadən verdiyi məlumata görə, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 

OXŞAR XƏBƏRLƏR