Harada müalicə daha sərfəlidir: DUZDAĞ, yoxsa KARLOVI VARI?

Harada müalicə daha sərfəlidir: DUZDAĞ, yoxsa KARLOVI VARI?
Xəbərlər 6 Fevral 2018 12:43 1184
Harada müalicə daha sərfəlidir: DUZDAĞ, yoxsa KARLOVI VARI?

Azərbaycanın müalicəvi istirahət mərkəzlərindən biri olan Duzdağ Fizioterapiya Mərkəzinə olan turlar barədə tez-tez məlumat veririk. Naxçıvanın bu şəfalı duz mağaraları bir çox insanı sağlamlığına qovuşdurub.  Bu dəfə isə Seyyah.az turizm və istirahət portalı müalicə mərkəzinin faydası və üstünlüklərini məşhur Karlovı Varinin müalicə mərkəzləri ilə qarşılaşdırdı. Bu iki istirahət və müalicə mərkəzi arasındakı qiymət fərqini, habelə xidmət və üstünlüklər barədə bu yazmızda...

 

“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİDƏ MÜALİCƏVİ PAKET – 900 AZN

Картинки по запросу DUZDAĞ

5* Duzdağ Oteldə qalmaqla Duzdağ Fizioterapiya Mərkəzində müalicə paketinin mövcud qiyməti 60 AZN müəyyənləşdirilib. Bu qiymət  2 nəfərlik otaqda 1 nəfər üçün 1 gün üçün nəzərdə tutulub. Müalicə paketi 15 gün olaraq hesabladıqda bu istirahət sizə 900 AZN-ə başa gələcək. Bu qiymət mart ayınadək qüvvədədir. Martdan etibarən ödəniş 1 gün üçün 90 AZN olacaq.  0-6 yaş arası uşaqlar ödənişsizdir, 6-12 yaş arası uşaqlar üçün qiymətin 50%-i alınır.  Qonaqlara Naxçıvan Gənclik mərkəzində  1 seans kino hədiyyə edilir.

Bu mərkəzdə müalicə edilən xəstəliklər siyahısında predastma,  bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır   dərəcəli, bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək çatışmamazlığı I mərhələ, bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki  pnevmoniya l-ll mərhələ  (remissiya fazası), xroniki bronxit astmatik komponentlə remissiya fazası, allergik rinosinusopatiyalar, pollinozlar var.

 

KARLOVI VARİ MÜALİCƏVİ İSTİRAHƏT PAKETİ- 1840

Картинки по запросу KARLOVI VARI

Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan bu şəhərində 3 ulduz oteldə qalaraq müalicə almaq və dincəlmək istəyənlər isə bunun üçün mövcud məzənnə ilə 1840 AZN ödəməli olacaq. Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb . Təklif edilən qiymətə istinadən deyə bilərik ki, Karlovı Varidə istirahət etdiyiniz hər gün sizə 122 AZN-ə başa gələcək.

Müalicəsi təklif edilən xətəliklər həzm yolunun xəstəlikləri, diabetin müalicəsi, maddələr mübadiləsinin pozulmaları, əməliyyat sonrası və posttravmatik vəziyyətlər, dayaq-hərəkətedici aparatın xəstəlikləri, ürək-damar xəstəlikləri, nəfəs orqanlarının xəstəlikləridir.

 

İstirahət mərkəzi

Duzdağ Naxçıvan

Karlovı Vari

Hotel

5*

3*

Qiymət

900 AZN, martdan 1350 AZN

1840 AZN

 

                                                                    QİYMƏTƏ DAXİLDİR

 

Müddət

14 gecə 15 gün

14 gecə 15 gün

Transfer

+

+

Səhər yeməyi  (açıq bufet)

+

+

Günorta yeməyi (açıq bufet)

+

+

Şam yeməyi (açıq bufet)

+

+

Müayinə

1 həkim Həftədə 1 dəfə

2 həkim həftədə 2 dəfə

Müalicə müddəti

15 gün

15 gün

Loborotoriya

+

+

Sauna

+

+

Fitness

+

+

Hovuz

+

+

SPA

+

+

İnternet

+

+

Türk hamamı

+

-

Jakuzi

+

+

Digər xidmətlər (voleybol, basketbol, futbol, masaüstü oyunlar)

+

+

 

Qeyd edək ki, göstərilən qiymətlərə  bilet  daxil deyil. Bakıdan Karlovı Variyə gediş-dönüş bilet üçün əlavə 630 AZN  (Ukrayna Hava Yolları ilə Bakı-Kiyev-Praqa reysi), Bakıdan  Naxçıvana gediş-dönüş  biletinin qiyməti Azərbaycan vətəndaşın üçün 100, əcnəbi vətəndaş üçün 140 AZN təşkil edir. Xatırladaq ki, qiymətlər bu günün məzənnəsi ilə hesablanıb.

OXŞAR XƏBƏRLƏR