Azərbaycandan Monteneqroya birbaşa reys açılır - TARİX

Azərbaycandan Monteneqroya birbaşa reys açılır - TARİX
Xəbərlər 7 Fevral 2018 13:48 624
Azərbaycandan Monteneqroya birbaşa reys açılır - TARİX

Azərbaycandan Monteneqroya birbaşa reyslər həyata keçiriləcək.

Bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travelin struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək. Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək. Qeyd edək ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.

OXŞAR XƏBƏRLƏR