"Weekend-Həftəsonu" turları təklif edilir- "Palıdlı Sahil"-də

Bakıdan istirahət mərkəzinin ərazisinə qatarla getmək mümkündür
Xəbərlər 11 Oktyabr 2014 00:00 6276
"Weekend-Həftəsonu" turları təklif edilir- "Palıdlı Sahil"-də
"Palıdlı sahil" istirahət mərkəzi istirahət günlərini Lənkəranda keçirmək istəyən qonaqlara, turistlərə və xüsusilə məşğul insanlar üçün "Weekend-həftəsonu" turpaketini təqdim edir. İstirahət Mərkəzindən Seyyah.az-a verilən məlumata görə, vaxtdan səmərəli istifadə etmək üçün Bakıdan "Palıdlı Sahil"ə sərnişin qatarı ilə də getmək mümkündür. Dənizin, meşənin və dağın qovuşduğu füsunkar məkanda "Weekend-həftəsonu" turpaketi ilə ən azı 20 nəfərlik qruplarla istrahətə gəlmək olar. 

22 : 30-da hər gecə Bakıdan Lənkərana gedən qatara cümə günləri turistlər üçün super luks sv vaqonları qoşulur. Qatar səhər 7 : 30 da "Palıdlı Sahil" istirahət mərkəzinin ərazisində dayanır. Qatarla weekend layihəsinə görə cümə axşamı qatarda gecələyən turistlər iki gün bir gecə "Palıdlı Sahil" istirahət mərkəzində rəngarəng proqramlarla mənalı günlər yaşayır, istirahət günü axşam saat 8-də qatar həmən ərazidən Bakıya səhər saat 7–də Bakıya çatır. Bir gecə ən müasir otel nömrəsində dincəlirlər.

"Palıdlı sahil"də bu xidmətlərdən istifadə edə bilərsiniz: 

Eksluziv Lənkəran mətbəxi
120 nəfərlik ən müasir konfrans zalı
qapalı hovuz
rus və fin hamamları (saunalar)
masajlar, müalicəvi vannalar
rəngarəng su prosedurları
digər fizioteropevtik xidmətlər
tilovla balıq ovu
idman məşğələləri
diskoteka zalı
bilyard salonu
stol üstü oyunlar, dəniz kanarı gəzinti
velosiped və at gəzintisi
şəhərlə tanışlıq və daha nələr, nələr...

"Weekend-həftəsonu" turpaketini əldə etmək üçün bu nömrəyə müraciət edə bilərsiniz: 

050 205 05 14
050 576 35 10
050 365 36 66

 

OXŞAR XƏBƏRLƏR