MDB ölkələrinin Abu-Dabiyə səfər edən turistlərin sayına görə YERİ

MDB ölkələrinin Abu-Dabiyə səfər edən turistlərin sayına görə YERİ
Xəbərlər 8 Fevral 2018 09:19 572
MDB ölkələrinin Abu-Dabiyə səfər edən turistlərin sayına görə YERİ

Abu-Dabinin Mədəniyyət və Turizm departamentinin statistik məlumatlarına görə 2017-ci ildə Rusiyadan bu əmirliyə səfər edən turistlərin sayı 40 mindən çox olub.

Səyyah.az turizm portalının azərtac-a istinadən verdiyi məlumata görə bu, 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfə çoxdur. 2017-ci ildə Əmirlikdə gecələyən rusiyalıların sayı 198.208 nəfər olub. Bu, 2016-cı ilin müvafiq göstəricisindən (107.569) 84 faiz çoxdur. 2017-ci ilin dekabr ayında Rusiyadan Abu-Dabiyə turist axını 154 faiz artaraq 6.096 nəfər olub (2016-cı ilin dekabr ayında 2.396 nəfər). 2017-ci ilin dekabr ayında Əmirlikdə gecələmiş rusiyalı turistlərin sayında (25.778 gecə) 2016-cı ilin müvafiq göstəricisi ilə (11.230 gecə) müqayisədə 130 faiz artım qeydə alınıb.

MDB məkanındakı başqa ölkələrdə də turist axını üzrə müsbət nəticələr müşahidə olunub. Belə ki, 2017-ci ildə Abu-Dabiyə istirahətə gəlmiş latviyalı (2.786) və estoniyalı (2.340) turistlərin sayı 2016-cı ilin müvafiq göstəriciləri ilə (1.184 və 1.137 nəfər) müqayisədə iki dəfə artıb. Gürcüstandan Abu-Dabiyə istirahətə gəlmiş turistlərin sayı 62 faiz artaraq 2016-cı ildəki 1.360 nəfərdən 2017-ci ildə 2.199 nəfərə, Özbəkistandan gələn turistlərin sayı 28 faiz artaraq 2016-cı ildəki 4.392 nəfərdən 5.601 2017-ci ildə nəfərə çatıb. Ukraynadan turist axınında da müsbət dinamika qalır: Abu-Dabidə istirahət edən turistlərin sayına görə MDB ölkələri arasında ikinci yeri yenə Ukrayna tutur (bu göstərici 11 faiz artaraq 2016-cı ildəki 11.076 nəfərdən 2017-ci ildə 12.327 nəfərə çatıb).

“DCT – Abu Dhabi”nin Rusiya və MDB-dəki ofisinin direktoru 2017-ci ilin müsbət göstəricilərini şərh edərək deyib: “Təkcə son bir ildə Çin, Rusiya və Ukrayna vətəndaşları üçün BƏƏ-yə viza prosedurları sadələşdirilib və ya ləğv edilib. Bu qərar 2016-cı ilin sonlarında Rusiyadan və postsovet məkanının digər əsas bazarlarından olan turistlərin sayının artmasını dəstəkləyib və 2017-ci ili MDB məkanındakı bütün bazarlardan olan turistlərin sayının 100 mindən çox olması kimi göstərici ilə yekunlaşdırmağa imkan verib. Burada Rusiya şəksiz liderdir. 2017-ci ildə bütün dünyada Abu-Dabiyə səfər etmiş turistlərin sayı 5 milyona yaxın olub. Rusiya və MDB ölkələri Abu-Dabiyə gələn turistlərin sayına görə ilk onbeşliyə daxildir. Ən maraqlısı budur ki, Əmirlikdə daha çox vaxt keçirən turistlər bizim məkanın nümayəndələridir. Bu turistlərin hər biri orta hesabla 5 gecə Abu-Dabidə qalıb. Otel biznesinin nümayəndələri buna görə bizi sevirlər”.

Xatırladaq ki, Abu-Dabi Əmirliyinin turizm baxımından cəlbediciliyi ilbəil artır. Abu-Dabi artıq sadəcə Əmirliyin işgüzar mərkəzi və ya dəniz kurortu deyil, yüksək dərəcədə inkişaf etmiş infrastruktura və çoxsaylı görməli yerlərə malik olan tamdəyərli turizm istiqamətidir. Keçən il Əmirliyin görməli yerlərinin siyahısına daha bir obyekt əlavə olunub – Abu-Dabi Luvru. Bu il daha bir geniş layihənin açılışı gözlənilir. Söhbət Yas adasındakı “Warner Bros. World Abu Dhabi” tematik parkdan gedir.

OXŞAR XƏBƏRLƏR