Artıq Sevgililər gününə sayılı günlər qaldı.
Bu isə o deməkdir ki, bir qrup insanlar bu bayramı fərqli mühitdə qeyd etmək istəyəcəklər. Bir qrup insanlar xarici ölkələrə artıq turlar alıblar. Bir qrup insanlar isə bu bayramı elə paytaxda yerləşən restoranlarda qeyd etmək qərarına gəliblər. Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, hazırda paytaxt ərazisində yerləşən bir çox restoranların Sevgililər gününü unudulmaz keçirmək üçün müştərilərinə xüsusi şam yeməyi, əyləncə və surprizləri təqdim edir.
Chirag Plaza
Sizi 14 Fevral Sevgililər Gününü romantik məkanda keçirməyə dəvət edir. Burada Xoş abu-havada eksklüziv Avropa və Aralıq Dənizi mətbəxini dada bilərsiniz. Cəmi 99 AZN (2 nəfər üçün) ödəməklə unudulmaz vaxt keçirə bilərsiniz. Bundan əlavə Chirag Plaza bütün sevgililərə Müqəddəs Valentin günü üçün xüsusi bir paket təklif edir (Restoranda şam yeməyi + səhər yeməyi daxil olmaqla iki nəfərlik Deluks Otaq ) - Cəmi 198 AZN.
La Vida
Bu axşam sizlər üçün istedadlı Narmin Karimbayova & Shans band çıxışı hazırlanıb. Dərhal sonra isə rəqs meydançasını musiqiçilər tərpədəcək – DJ Ayzk & DMC Remo. Sizi həmçinin La Vida-dan müsabiqələr, hədiyyələr və sürprizlər gözləyir. 2 nəfərlik menyu 100AZN.
Enerji Club
Enerji Club sizlər üçün tanınmış Excellent Music Band, FEDUK (live), Dj Ruido Loco çıxışını təşkil edib.
Eleven
Sizi ən gözəl şou proqram Eleven`də gözləyir. Həmişəki kimi sizin üçün klub musiqi və dadlı avropa mətbəxi. Gecənin xedlaynerləri: Dj Ed & Dj Bikoo. Ət
Buddha Bar
14 fevral Buddha Barda sizlər üçün Cəmilə Həşimova və Fusion Band ifası ilə təqdim olunan bayram menyusu hazırlanıb. Bu axşam DJ Ronfoller & ESTGAMİN setləri ilə rəqs olunacaq. Mütləq öncədən masa sifariş edin, yerlər məhduddur.
Paris Bistro
14 fevral Sevgililər Gününü fransızsayağı qeyd etmək üçün Paris Bistro-ya gedə bilərsiz. Burada sizlər üçün dadlı və romantik axşam hazırlanacaq. Sizin üçün bu axşam istedadlı və cazibəli Albina çıxış edəcək. Super-aşpaz Bera Thibault isə sizlər üçün Special Gastronomy Set hazırlayıb. Bir nəfər üçün setin qiyməti – 49 azn.
Pasifico Lounge
14 Fevral Sevgililər gününə həsr olunmuş əyləncə gecəsi keçiriləcək. Sizin uçün gecə boyu çıxış edəcəklər: 20:00 - 22:00 - Orient Xpress (live music), 22:00 - 02:00 - DJ Kvant. Giriş pulsuzdur. Depozit 1 nəfərə 50 Azn.
EL PORTALON
Burada Lovely Valentine's Day baş tutacaq. Baş aşpaz Enrique Franco cütləklər üçün xüsusi ispan setmenyusu hazırlayıb. Bir nəfərlik ispan setin dəyəri – 150 azn. Qonaqlarımızı Nigar Huseynly Live Band-in və Yanssel Castellon-un xüsusilə romantik çıxışı gözləyir. 14 fevral saat 20:00-da, yalnız Circle Restaurant & Music hall-da, ən yaxşı şou proqram, rəqslər, viktorinalar və hədiyyələr gözləyir. Ümümdünya sevgililər gününə həsr olunmuş gecə şənliyinin əsas qonaqları - İlqar Xəyal və Emil Əliyev olacaqlar.