17 fevral və 24 fevral tarixlərində “Şahdağ” Turizm Mərkəzində Aralıq dənizi mətbəxi festivalı baş tutacaq.
“Şahdağ Hotel və Spa” hotelinin “Miras” restoranında keçiriləcək festivalda İspaniya, Yunanıstan, Cənubi Fransa, Mərakeş, Qərbi İtaliya və Türkiyə mətbəxinin inciləri göz oxşayacaq. 50 AZN ödəməklə festivala qatıla və limitsiz olaraq yeməklərdən dada bilərsiniz. Aralıq dənizi sahili ölkələrinin qeyri-adi yeməklərini dadmaq və bu ölkələrin musiqi və unudulmaz rəqslərindən həzz almaq şansını qaçırmayın.