Lerikin “Meşəbəyi”si- Reportaj+qiymətlər

Sanator-kurort və turizm mərkəzində peşəkar həkimlərin nəzarəti altında müalicə kursları keçirilir
Xəbərlər 13 Oktyabr 2014 00:00 15715
Lerikin “Meşəbəyi”si- Reportaj+qiymətlər

KavMinVod” Kurortları Agentliyi MMC  tərəfindən Lerikə info-tur təşkil edilib. Səyyah.az-ın məlumatına görə, info-turda Azərbaycanda fəaliyyət turizm şirkətlərinin nümayəndələri iştirak edirdi. Onlar Lerikdə yeni fəaliyyətə başlayan "Meşəbəyi" sanator-kurort və turizm mərkəzi ilə tanış oldular. Mərkəz bu ilin avqust ayından fəaliyyətə başlayıb. Burda 120- 140 nəfərin istirahəti üçün nəzərdə tutulub. "Meşəbəyi" Sanator-Kurort və Turizm Mərkəzi 2 bölmədə fəaliyyət göstərir. 1-ci bölmə sırf turizm məqsədi daşıyır. Burada səyahətə, istirahətə ailəvi və ya tək gələnlərə mehmanxana, koteclər, restoranlar, əyləncə yerləri, turist marşrutları, bir sözlə, müasir dünya standartlarına uyğun şərait təklif olunur. 2-ci bölmə sanator-kurort məqsədi daşıyır. Bu bölmədə ziyarətçilərə müasir dünya tibb elminin son nailiyyətləri səviyyəsində aparat və avadanlıqla, peşəkar həkimlərin nəzarəti altında müalicə kursu tətbiq edilir və sağlamlığın bərpası üçün yüksək xidmət göstərilir. Bu istirahət və sağlamlıq ocağının yerləşdiyi məkan ekoloji cəhətdən ideal yerdir. Burada səyahətçilər, turistlər, sanator-kurort müalicəsi alanlar sağlam təbiətin ağuşunda özlərindən xəbərsiz belə müalicə olunur, sağlamlıqlarına qovuşurlar.

 

Sanator-kurorta gələnlər həkimin məsləhəti ilə müxtəlif müalicəvi vannalar qəbul edə bilər. Bunlardan biri də buxar-karbon qazlı vannadır. Yüksək effektli bu vanna ağ ciyərlərin, ürək-damar və nevroloji xəstəliklərin müalicəsi üçün tətbiq olunur. Şarko su şırnağı prosesi isə qan dövranını yaxşılaşdırır, orqanizmdə mübadilə prosesini aktivləşdirir, mərkəzi sinir sisteminə müsbət təsir göstərməklə əzələ tonusunu aradan qaldırır, selyulit və bədənin formalaşmasının profilaktikasında effektli rol oynayır. 4 kameralı qalvanik vannada isə istiqamətləndirilmiş cərəyan bədənin ətraf toxumalarında sinir keçiriciliyinin və qan dövranı pozğunluqlarının bərpa olunma effektivliyini artırır. Mərkəzdə hidro ayromassaj okkervil vannası da təklif edilir. Sirkulyar və yağış duşları isə immuniteti artırır, qan dövranını stimullaşdırır,orqanizmə tonuslaşdırıcı təsir göstərir. Vişi duşu-5 başlıqlı mənbədən istiqamətləndirilən su şırnağı psixoemosional vəziyyətdə olan insanların qan dövranının yaxşılaşmasına, orqanizmin normal halda saxlanmasına müsbət təsir göstərir. Qolfstream sualtı duş massajı-Sualtı hisromassaj orqanizmin toxumalarında düzgün su balansını təmin edir, dərinin oksigenlə təmunatını artırır, orqanizmdən şlakları və toksinləri xaric edir, müqaviməti artırır, spazmatik halları aradan götürür və sinir sisteminə sakitləşdirici təsir göstərir. İstra-H hidromassaj vanna-sinir sistemi xəstəliklərində, qan dövranı pozğunluqlarında, travmaların bərpa edilməsində effekt göstərməklə reflektorlu tonusu azaldır, spazmaya meylliyi aradan götürür. Okkervil kombi vannası-Bu vannada hidrogen sulfid və mineral sulardan istifafə edilməklə dayaq hərəkət aparatı xəstəliklərində, mərkəzi sinir sistemi xəstəlikləri və dəri xəstəliklərində yaxşı nəticələr alınır.

 

Kolon-hidromat-Müasir tipli cihazlardan biri olmaqla Avropa ölkələrinin müalicə profilaktika və sanator-kurort mərkəzlərində geniş tətbiq edilir, yoğun bağırsağın təmizlənməsi üçün əvəzedilməz metodlardan biri sayılır. Horizontal sualtı dartma-atlanta- bu üsulla osteoxondrozlar, protuziyalar, lyumboişialgiyalar, lyumbalgiyalar, skalyozlar, kompression radikulopatiyalar və Bexterev xəstəliyinin başlanğıc formalarında çox effektli nəticələr əldə edilir. Vertikal sualtı dartma- aist hovuzu- bu metodun iş prinsipi horizontal sualtı dartma ilə eynidir. Sanator-kurortda ultrosəs müyainəsi, elektrokardioqrafiya, laborator müayinələr, duz kamerası (şaxta), iynəbatırma- refleksoterapiya, massaj, inhalyasiya, fizioterapiya xidmətləri də var.

 

"Müşəbəyi"də koteclərdə bir günlük istirahətin qiyməti 60-80 manat arasındadır. Buraya gündə 3 dəfə yemək və 4 müalicə proseduru  daxildir. Bir nəfər üçün müalicəsiz və gündə 3 dəfə yemək daxil olmaqla 55 manatdır. Lerikin Xanlar rayonu ərazisində yerləşən "Meşəbəyi" istirahət mərkəzinin mehmanxanası 20 nəfər üçün nəzərdə tutulub. Ərazi 24 saat müşahidə kamera ilə təchiz olunub. Mərkəzdə 12 yaşa qədər uşaqlar  pulsuz istirahət edə bilər. 12 yaşdan yuxarı isə xidmətlər 20 manatdır. "Meşəbəyi" ərazisi təbii içməli su və kükürdlü su ilə təmin edilir. Mərkəzin mətbəxində yalnız milli xörəklər təklif edilir.

 

İnfo-turun sonunda "KavMinVod" tərəfindən  iştirakçılara sertifikatlar təqdim edilib. İnfo-turda "Baku Travel-Tourism", "E&C Travel", "CTC Tourism", "Ok Tours", "Proxy Travel", "Baku Holiday Travel", "VIP Travel" və digər turizm şirkətləri iştirak edib. 

 

Qeyd edək ki, “KavminVod Kurortları Agentliyi” Caspian İnvest Commerce” şirkətlər qrupunun törəmə müəssisəsi olaraq 1997 cu ildən müalicə və sağlamlıq turlarının Respublika daxilində və Respublikadan kənarda turizm operatoru kimi satışını həyata keçirir. Almaniyanın, Çexiyanın, Rusiya Fedarasiyasının, Ukrayna Respublikasının bir çox önəmli sağlamlıq ocaqlarının Azərbaycan Respublikası üzrə rəsmi operatorudur.

Kurortlar Agentliyi turizm sektorunda bütün növ servis xidmətlərini həyata keçirməklə yanaşı müalicə turlarının təşkili üzrə Azərbaycan Respublikasında turizm şirkətləri arasında liderdir. Lider olamqla yanaşı 2007-ci ildə Rusiya Federasiyasında Moskva şəhərində yaradılmış “İ.S.O.R.KURORTİ.RU” turizm operatorunun sahibidir.
Şirkər innovasiya texnologiyalarının tətbiqi üzrə “Здравница-2008-ci” il Forumunun “Qızıl medal” laureatıdır.
OXŞAR XƏBƏRLƏR