Macəra Oteldən Sevgililər gününə özəl KAMPANİYA

Macəra Oteldən Sevgililər gününə özəl KAMPANİYA
Xəbərlər 8 Fevral 2018 14:23 1706
Macəra Oteldən Sevgililər gününə özəl KAMPANİYA

Qubada ən çox seçilən otellərdən biri  olan   Macəra Oteli   Sevgililər gününə özəl endirim kampaniyası elan edib.

14 fevral tarixinə 2 nəfərlik otaq kirayələyənlərə gecələmə səhər yeməyi daxil 70 AZN-ə təklif edilir.

Otaqlar günün anlamına uyğun xüsusi bəzəklər, gül ləçəkləri və ətirli şamlarla bəzənəcək. Bu xidmət üçün əlavə ödəniş tələb edilmir.

Bundan əlavə, otel sizə özəl şam yeməyi təklif edir. Bu ikinəfərlik yemək üçün cəmi 39 AZN ödəyəcəksiniz.

39 AZN-lik menyuya daxildir:

Soyuq qəlyanaltılar: yunan salati, nar salati, turşu assorti, göbələk pendirli ;

Ana yeməklər: Spring roll chicken, Taco ətli;

İçki: 0,5 L limonad və 0,5 L qırmızı şərab;

Desert: şokoladlı çiyələk və banan

Bitmədi!

Gecənin sürprizi otel tərəfindən hədiyyə edilir. Tonqal başında gitara ifası dinləmək imkanınız olacaq.

 

Məlumat üçün qeyd edək ki, “Macəra Otel” Qubanın ən səfalı yerlərindən hesab edilən Çənlibel Gölünün yaxınlığında yerləşir. Otelin standart otaqlarının ölçüsü 16-20 kvm aralığındadır. Otaqlarda televizor, güzgülü komod, gecə lampaları, masa, iş masası, ödənişsiz internet var. Hər otağın özəl hamamı, hamam xalatı, fen və təmizlik vasitələri mövcuddur.

Qonaqlar futbol, basketbol sahələrindən də ödənişsiz istifadə edə bilər. Müstəqil evlər formasında inşa edilmiş koteclərin hər birində 10 nömrə yerləşir, qonaqların ixtiyarında 20 belə otaq var.

Hazırda 57 nömrəlik 4 ulduzlu otelin inşası davam edir, yeni otelin gözoxşayan interyer və sərfəli qiymətlərlə VİP, DELUX, FAMİLY nömrələri yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Əlaqə tel:

055 333 11 77

 

OXŞAR XƏBƏRLƏR