Türk Hava Yolları biletləri ucuzlaşdıracaq

Xəbərlər 14 Oktyabr 2014 00:00 1415
Türk Hava Yolları biletləri ucuzlaşdıracaq

Türk Hava Yollarının (THY)  İdarə heyətinin sədri Hamdi Topçu, neftin qiymətinin aşağı düşməsinin bilet qiymətlərində endirim şəkilndə əks oluna biləcəyini söyləyib.

Hamdi Topçu bunları söyləyib: “THY olaraq yanacağın xərclərimizin içindəki payı 38%-dir. 1%-lik artım bizə 45 milyon dollar əlavə xərc yaradır. Bu an qiymətlər sektorun lehinədir. Neftin qiymətinin daha çox aşağı düşəcəyini təxmin etmirik. Qarşıdakı illərdə 90-100 dollar civarında hərəkət edəcəyini düşünürük. Bizim ödədiyimiz ortalama qiymət 102 dollardır.  Biz, neftin qiymətinin bunun bir az da daha altına düşüncə,  1%-lik bir azalışın 45 milyon ətrafında bir müsbət faydasını görürük.”

Bilet qiymətlərinə bağlı olaraq Topçu, “Bu trend davam etsə, ucuzlaşmanın biletlərə əks olunması daha çox ola bilər. Neftin aşağı düşməsi ilə biletlərin qiymətini endirəcəyik” deyə danışıb.

OXŞAR XƏBƏRLƏR