Nahid Bağırov: Gələn ildən kruiz marşrutlarına başlanacaq

Nahid Bağırov: Gələn ildən kruiz marşrutlarına başlanacaq
Xəbərlər 9 Fevral 2018 10:55 467
Nahid Bağırov: Gələn ildən kruiz marşrutlarına başlanacaq

 

Kruiz marşrutların təşkili ilə bağlı Rusiya tərəfindən təşəbbüslə müraciət ediblər.

Səyyah.az turizm portalının məlumatına görə oxu.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

O bildirib ki, bu, Rusiya, İran və Qazaxıstan dövlətlərinə aid olacaq və gələn ildən kruiz marşrutlarına başlanacaq. 

N.Bağırov deyib ki, ötən illə müqayisədə cari ildə turistlərin sayı daha çox olacaq:

Buna əsas səbəb cari ildən bir sıra ölkələrə birbaşa uçuşların nəzərdə tutulmasıdır. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Pakistan, Rusiyanın bir bir sıra şəhərlərinə birbaşa uçuşlar həyata keçiriləcək. 

Onun sözlərinə görə, artıq hotellərdə otaqların qıtlığı hiss edilir.

OXŞAR XƏBƏRLƏR