Qəbələyə və Qusara çəkiləcək dəmir yolu xətlərinin marşrutu açıqlanıb

Qəbələyə və Qusara çəkiləcək dəmir yolu xətlərinin marşrutu açıqlanıb
Xəbərlər 9 Fevral 2018 11:55 873
Qəbələyə və Qusara çəkiləcək dəmir yolu xətlərinin marşrutu açıqlanıb

Qəbələyə dəmir yolu xətti Ləki stansiyasından dönməklə çəkiləcək. 

Səyyah.az turizm portalı xəbər verir ki, bnu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: "Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək. İşlər ilin sonunda başa çatdırılacaq". 

Bundan başqa, C.Qurbanov qeyd edib ki, hazırda Xaçmaz rayonu istiqamətində dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır: "Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik". 

© Report

OXŞAR XƏBƏRLƏR