Novruz gəlir, Yaz gəlir - UCUZ QİYMƏTLƏR GƏLİR

Novruz gəlir, Yaz gəlir - UCUZ QİYMƏTLƏR GƏLİR
Xəbərlər 9 Fevral 2018 13:55 846
Novruz gəlir, Yaz gəlir - UCUZ QİYMƏTLƏR GƏLİR

Hər il sevə-sevə qeyd edilən zəngin ənənəli Novruz bayramını kimi öz evində, kimi regionlarımızdakı istirahət məkanlarında, kimi də xarici ölkələrdə qarşılamaq niyyətindədir.

Biz də kiçik araşdırma apararaq Novruz günlərində ölkədaxili və müxtəlif xarici məkanlara təşkil edilən turlarla maraqlandıq.

Daxili turlar

Daxili turlar adətən iki gecə 3 gün (20,21,22 mart) olur. Mingəçevir - Gəncə – Göygöl turu nəqliyyat, 5* Ağsaray Deluxe oteldə gecələmə, səhər yeməyi (3 dəfə), Gala şam yeməyi və bayram şou proqramı, Kür çayında gəmi gəzintisi, sauna, türk hamamı, fitnes, hovuz daxil olmaqla 129 manatdır.

 Novruz tətili üçün digər bir xüsusi tur 175 manata Şəki-Qax-Qəbələ istiqamətində olacaq. Qiymətə komfortlu nəqliyyat, İssam Hoteldə 2gecə/3 gün qalmaq, qidalanma , bayram süfrəsi, ekskursiya, dikoteka, əyləncli oyunlar daxildir.

Xarici Turlar

Turizm şirkətlərindən biri Novruz tətili üçün 3 gecə 4 günlük İstanbul turu təklif edir. Turun tarixləri isə martın 19-dan 22-nə qədərdir və turun qiyməti 386$ -dır. Qiymətə aviabilet (AZAL), otel (3 gecə 4 gün), səhər yeməyi, transfer və sığorta daxildir.

  Novruz tətili üçün fərqli istiqamətdə turlar da təşkil edilir. Bunlardan biri Tiblisi - Batumi - Trabzon turudur. 19 martdan 25 marta kimi təşkil olunub, qiyməti 185 dollardır. Tur avtobusla gerçəkləşdirilir. Qiymətə komfortlu nəqliyyat oteldə gecələmə ( 4 gecə ), 5 dəfə səhər yeməyi, 1 dəfə Novruz Bayram süfrəsi (Tonqal qalanmasi ve ates fesanliq), əylenceler ve diskoteka, ekskursiyalar daxildir.

 Novruz Bayramını Bolqarıstanda kecirə bilərsiniz. Tur 595 avrodur və 20.03.18 - 27.03.18 (7 gecə/8 gün) tarixlərində baş tutacaq. Qiymətə Buta Airways ilə birbaşa aviauçuş, Legents 4* otelində gecələmə, səhər yeməyi, Rila və Baçkovskiy monastırlarına, Bloqaevqrad, Plavdiv şəhəri boyu ekskursiya, transfer, viza, tibbi sığorta daxildir.

OXŞAR XƏBƏRLƏR