Həftə sonu harada və necə istirahət etmək olar?

Həftə sonu harada və necə istirahət etmək olar?
Xəbərlər 10 Fevral 2018 10:53 510
Həftə sonu harada və necə istirahət etmək olar?

Həftə sonudur, bu isə odeməkdir ki, gərgin iş həftəsindən sonra yaxşı istirahət lazım olacaq.

Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir. Çünki iş gərginliyi insana növbəti həftələrdə bütün gücünü işə səfərbər etməyə imkan vermir. Odur ki, fins.az həftəsonu üçün baş çəkiləcək bir neçə yeri təqdim edir. Fevralın 10-u Ukraynanın tanınmış top modeli Dj Belkina Movida Lounge-da çıxış edəcək.  

HDS - HARMONY DANCE STUDIO sizi fevralın 11-i 19:00-da Enerji Club Bakuda keçiriləcək "Red & Black Valentine's Day party by HDS" əyləncə gecəsinə dəvət edir.

Həftə sonu uşaqlarınıza da xoş gün yaşada bilərsiz. 10 fevral saat-12:00 və 14:00-da Kukla Teatrında uşaqlar üçün S. Marşakın "Pişiyin evi" adlı nağıl-tamaşası nümayiş etdiriləcək. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

11 fevral saat 12:00 və 14:00- da Rus xalq nağılının motivləri əsasında səhnəyə qoyulan "Turp" tamaşası Qax Dövlət Kukla Teatrının truppasının ifasında (Azərbaycan) göstəriləcək. Tamaşa I Beynəlxalq kukla festivalı çərçivəsində göstəriləcək. Fevralın 11 və 18-i Rəşıd Behbudov adına mahnı teatrın səhnəsində saat 12:00-da "Ağca və yeddi qnom" tamaşası keçiriləcək. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Biletlər 8, 10, 15 manatdır...

OXŞAR XƏBƏRLƏR