Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır -SİYAHI

Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır -SİYAHI
Xəbərlər 12 Fevral 2018 08:33 411
Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır -SİYAHI

Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Səyyah.az turizm portalı “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə qəzası Ramenski rayonunda baş verib. Məlumata əsasən, AN-148 markalı təyyarə Domodevo hava limanından qalxdıqdan 2 dəqiqə sonra radardan yoxa çıxıb. Hadisə zamanı göyərtədə 65 sərnişin və 6 heyət üzvü olub. 

 Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin adlarını açıqlayıb.

Ölənlər arasında Namiq Qəhrəmanov adlı azərbaycanlı da var. Orskdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyətilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

 








OXŞAR XƏBƏRLƏR