Bakıda bu rayonda "Disneyland" salınacaq

Bakıda bu rayonda "Disneyland" salınacaq
Xəbərlər 12 Fevral 2018 09:10 1072
Bakıda bu rayonda "Disneyland" salınacaq

Britaniyalı investorlar, azərbaycanlı iş adamları birlikdə Bakıda “DreamWorks”əyləncə parkı yaratmaq qərarına gəliblər.

Disneylandin analoqu olan bu əyləncə mərkəzi artıq dünyanın bir çox yerlərində var. Əyləncə mərkəzində dünyanın məşhur cizgi-filmlərinin və kompyuter oyunlarının personajları yer alır.

Səyyah.az turizm portalı xəbər verir ki,AZTA nümayəndəsi Nahid Bağırovun Haqqın.az-a verdiyi açıqlamaya görə, əcnəbi nümayəndələr artıq Bakıda park salınması üçün bir neçə rayonla tanış olublar. Nahid Bağırovun sözlərinə görə bu cür parkın olması paytaxt Bakını turistlər üçün daha da maraqlı edəcək. Onun sözlərinə görə Bakıda Disneyland yaratmaq istəyən investorlar bu parkın Bakıda kənar rayonda salınmasını istəyirlər. İnvestorların parksalınması üçün  Dərnəgül və Nəromanov rayonu ilə yaxın tanış olduqlarını bildirib. @ fins.az

OXŞAR XƏBƏRLƏR