Azərbaycandan olan turistlər üçün xoş xəbər

Azərbaycandan olan turistlər üçün xoş xəbər
Xəbərlər 12 Fevral 2018 09:54 671
Azərbaycandan olan turistlər üçün xoş xəbər

 

Praqanın Vıpix rayonunda xizəksürmə kompleksi açılıb.

Kompleksin fəaliyyətə başladığı ilk gündə buranı ziyarət edən yüzlərlə idman həvəskarı arasında azərbaycanlılar da olub. Havaların mülayim keçməsi ilə əlaqədar kompleks planlaşdırıldığından bir ay gec açılıb.

FED.az xəbər verir ki, xizək sürənlər üçün 250 və 400 metr uzunluğunda iki dairəvi tras salınıb. Qar örtüyü süni qar yağdıran qurğu vasitəsilə yaradılır. Əvvəllər qış aylarında təbii qar olmadıqda xizəksürmə həvəskarları üçün Praqanın Xuxle cıdır meydanı yaxınlığında “Skipark” fəaliyyət göstərirdi. İndi isə praqalılar və turistlər Vıpixdə xizək sürməkdən böyük zövq alacaqlar.

OXŞAR XƏBƏRLƏR