Təyyarəsi qəzaya uğrayan şirkət Bakıya aviareys açır

Təyyarəsi qəzaya uğrayan şirkət Bakıya aviareys açır
Xəbərlər 12 Fevral 2018 12:44 570
Təyyarəsi qəzaya uğrayan şirkət Bakıya aviareys açır

 "Saratov Airlines" martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.

Səyyah.az turizm portalının məlumatına görə "UfacityNews.ru" qəzeti xəbər verir ki, aviaşirkət uçuşlara "AN-148" təyyarələri ilə martın 29-dan başlayacaq.

Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.

Xəbər verildiyi kimi, Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

OXŞAR XƏBƏRLƏR