Bakı aeroportunda türkiyəli seks-manyak saxlanıldı

Bakı aeroportunda türkiyəli seks-manyak saxlanıldı
Xəbərlər 12 Fevral 2018 12:47 873
Bakı aeroportunda türkiyəli seks-manyak saxlanıldı

 

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

  Səyyah.az turizm portalının Report-a istinadən məlumatına görə, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında, Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

Saxlanılan şəxsin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR