Oğuza 11 mindən çox turist gəlib

Xəbərlər 15 Oktyabr 2014 00:00 1082
Oğuza 11 mindən çox turist gəlib

2014-cü ilin doqquz ayında Oğuz rayonunda 11 mindən çox turist istirahət edib. Seyyah.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu faktlar 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Oğuz rayonunda keçirilən hesabat iclasında səsləndirilib.

Hesabat dövründə Qarabulaq kəndində tam orta məktəb üçün 160 şagird yerlik yeni bina, Bucaq kəndində isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Hazırda Yaqublu kəndində tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın, Oğuz şəhərində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisi davam etdirilir.

Ötən 9 ayda rayonda 336 yeni, daimi iş yeri açılıb. Ümumi sahəsi 4 min kvadratmetrdən artıq olan 36 fərdi yaşayış evi tikilib istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR