Çin sosial şəbəkələri niyə bloklayıb?

Çin sosial şəbəkələri niyə bloklayıb?
Xəbərlər 13 Fevral 2018 23:16 739
Çin sosial şəbəkələri niyə bloklayıb?

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook İstifadəçisi Bəxtiyar Hacıyevin səfər təəssüratını təqdim edir:

 

“Çində xoşuma gələn bir neçə şeyi də qeyd edim. Nə qədər paradoksal olsa da, mənə xeyli əziyyət versə də, Facebook, İnstagram, Google və s. bloklanması, əvəzində özlərinin sosial şəbəkələrini qurmaqları, məlumatlara da özlərinin nəzarət edib, facebook/instagram reklamlarına görə ölkədən çıxacaq pulu da ölkədə saxlamaqları maraqlı gəldi.

Bir də, demək olar ki, hər yerdə QR kod ilə ödəmələr mümkündür. Praktiki olaraq, hər yerdə - metroda, köhnə şəhərarası avtobusda, Rafiqin kababxanası kimi balaca kafelərdə və s. Müştəri yaxınlaşır, məkan sahibinin QR kodunu skan edir telefonda vəssalam - ödəniş həyata keçirilmişdir.

Demək olar ki, hər sahəyə əl atan, bir balaca sahəni də boş buraxmayan, kimsə 3 cüt yaşıl corab istehsal etsə, 2 gün sonra yaşıl corab zavodu tikən holdinqlərimiz üçün nəğdsiz hesablaşmaları aparmaq və pul qazanmaq üçün daha bir ideya.

OXŞAR XƏBƏRLƏR