Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu
Xəbərlər 13 Fevral 2018 08:44 796
Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

 Səyyah.az-ın məlumatına görə, trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir. Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.
İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.
Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.

OXŞAR XƏBƏRLƏR