ASAN Viza işçi axtarır: TƏLƏBLƏR

ASAN Viza işçi axtarır: TƏLƏBLƏR
Xəbərlər 13 Fevral 2018 10:11 895
ASAN Viza işçi axtarır: TƏLƏBLƏR

 

Təhsil: ali

Təcrübə: -1-3 il

IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)

Dil: İngilis – ( A1-A2) , Rus – ( A1-A2). Ərəb dili bilənlərə üstünlük veriləcək.

 

Funksiyalar

 

• Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron viza məlumatlarının qeydiyyatının aparılması;

• Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aid məlumatların məxfiliyinin təmin edilməsi;

• Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza ilə bağlı suallarının cavablandırılması;

• Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qalma müddətilə bağlı məlumatlandırılması;

• Yarana biləcək hər hansı bir neqativ hallar haqda Asan Viza departamentinin rəhbərliyini dərhal məlumatlandırmaq.

 

Bilik və bacarıqlar

 

Təşkilatçılıq III səviyyə

 

Gündəlik işlərdə vaxtın idarə edilməsi;

Gündəlik tapşırıqların həyata keçirilməsinin prioritetləşdirmək bacarığı;

Gündəlik funksiyaların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi.

 

Ünsiyyət III səviyyə

 

Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;

Məlumatı qısa, aydın və dəqiq ötürmək;

Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil III səviyyə

 

Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq;

Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək;

Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək.

 

Peşəkar bilik və bacarıqlar III səviyyə

 

Gündəlik funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, ASAN Viza sistemi barədə müvafiq normativ aktlar);

Gündəlik funksiyaları yerinə yetirmək üçün bilik və bacarıqların olması;

İşin səmərəli şəkildə qurulması üçün iş yoldaşları ilə ünsiyyət saxlamaq;

Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq.

 

Namizədlər öz CV-lərini “ ASAN viza- operator” qeyd etməklə info@icenter.az elektron poçt ünvanına 28.02.2018-ci il tarixinə qədər göndərməlidir.

OXŞAR XƏBƏRLƏR