Şagirdlər Bakıda pulsuz cizgi filminə baxa biləcəklər

Xəbərlər 16 Oktyabr 2014 00:00 1523
Şagirdlər Bakıda pulsuz cizgi filminə baxa biləcəklər

Azərbaycanın ən böyük kinoteatr şəbəkəsi olan “ParkCinema”ilə Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil idarəsi arasında əməkdaşlıq layihəsi davam edir. 

 

Kinoteatrın mətbuat xidmətindən “Seyyah.az”a verilən məlumata görə, bu ilin oktyabr ayından hər gün 1000-dən çox şagird “Park Cinema” -da pulsuz olaraq yeni cizgi filmlərini izləmək imkanı qazanacaq. Bu şad xəbər Bakının məktəblərində uğur qazanan və ictimai fəal şagirdlərə aid edilir. Aksiya ictimai məsuliyyət çərçivəsində keçirilir və Bakı məktəblərində təhsil alan şagirdlərdə təhsilə olan həvəsi artırmaq üçün yaradılan kommersiya və ictimai sektorun əməkdaşlığının bariz nümunəsidir.

Bu,“Park Cinema” və Təhsil Nazirliyi arasında olan ilk layihə deyil, belə ki, başlanğıc layihə bu ilin mart ayında keçirilib.

Kinoteatr şəbəkəsinin rəhbərliyi gələcəkdə də təhsil və əyləncə sektorunun əməkdaşlığınayönəlmiş iri miqyaslı layihələrin keçirilməsi və Bakı şəhərinin ictimai həyatındadaha fəal iştirakının tərəfdarıdır.

Ölkənin ilk yeni nəsil kino şəbəkəsi“Park Cinema” 2010-cu il oktyabr ayının 16-da fəaliyyətə başlayıb.

Şəbəkə hazırda 3 kinoteatr, 13 otaq və 2200-dən artıq oturacaqlardan ibarətdir.

Tezliklə Zaqulbada yeni kinoteatrın və möhtəşəm Alov Qüllələrində isə Azərbaycanda çoxdan gözlənilən və ilk dəfə IMAX formatında olan kinoteatrın açılışı gözlənilir.

OXŞAR XƏBƏRLƏR