Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq
Xəbərlər 14 Fevral 2018 11:15 592
Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Dubayda yaxın zamanda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

Səyyah.az turizm portalı xəbər verir ki, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

"Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək", - layihəni təqdim edənlər bildirib.

© Trend

OXŞAR XƏBƏRLƏR