Hacıkənddə 3 otel istifadəyə veriləcək

Hacıkənddə 3 otel istifadəyə veriləcək
Xəbərlər 14 Fevral 2018 18:39 668
Hacıkənddə 3 otel istifadəyə veriləcək

Bu il Gəncə şəhərində və onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində 3 otel istifadəyə veriləcək.

 

Səyyah.az marja.az-a istinadən bildirir ki, şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür.

 

Şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli “Otel Univermaq”ın isə dəmir-beton və daş-hörgü işləri başa çatıb.

 

Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli “ARFA” mehmanxanasında da son tamamlama işləri həyata keçirilir. “ARFA” mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq.

OXŞAR XƏBƏRLƏR