“Gəmiqaya Holdinq” 5 ulduzlu otel açıb- Gürcüstanda

Otel Türkiyənin “Divan Grubu” şirkəti ilə əməkdaşlıq çərçivəsində istifadəyə verilib
Xəbərlər 16 Oktyabr 2014 00:00 1663
“Gəmiqaya Holdinq” 5 ulduzlu otel açıb- Gürcüstanda

Mərkəzi ofisi Naxçıvan Muxtar Respublikasında  yerləşən “Gəmiqaya Holdinq”  Gürcüstanda 5 ulduzlu otel açıb. Otel Türkiyənin “Divan Grubu” şirkəti ilə əməkdaşlıq çərçivəsində istifadəyə verilib. Bakıdakı “Divan Express” oteli də “Gəmiqaya Holdinq”ə məxsusdur.

“Divan Suites Batumi” adlı oteli  açılışında Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Arçil Xabadze, Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri Aftandil Beridze, Gəmiqaya Holdinqin rəhbəri Rza Talıbov, eləcə də digər rəsmi qonaqlar iştrak ediblər.

Qeyd edek ki, Rza Talıbov Naxşıvan Müxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbovun oğludur, siyasi elmlər üzrə fəlsəfə doktorudur. İş fəaliyyətindən əlavə xeyriyyəçiliklədə məşğul olur.

Acarıstan və Naxçıvan rəhbərləri sıx əməkdaşlığın qurulmasına dair razılığa hələ 2012-ci ilin yanvarInda gəliblər. Tərəflər məhz o vaxt Batumidə iki muxtar respublika arasında əməkdaşlığın qurulması məsələlərinin geniş siyahısını müzakirə etmişdilər.

Görüşdən sonra Acarıstan nümayəndəsi bildirmişdi ki, tərəflər müxtəlif istiqamətlər üzrə bir neçə işçi komissiyanın yaradılması barədə razılığa gəliblər: “Bunlar turizm, idman, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıqdır. Biz bu istiqamətlərdə sıx əməkdaşlığın qurulması barədə razılığa gəlmişik”.

OXŞAR XƏBƏRLƏR