Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər”

Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər”
Xəbərlər 16 Fevral 2018 15:05 598
Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər”

İtaliya ATƏT sədri kimi Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir.

Səyyah.az turiz portalı 1news.az-a istinadənxəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə prezidentlərinin Cenevrə və XİN rəhbərlərinin Krakovda keçirilən dialoqlarında pozitiv nəticələr əldə  olunub. İtaliya bu dialoqların daha yüksək səviyyədə keçiriləcəyinə və daha pozitiv nəticələr əldə olunacağına ümid edir. Azərbaycanla İtaliya arasında münasibətlərə toxunan səfir iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, bu gün Münhen təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Ancelona Alfano ilə görüş keçirəcək: “Bu da bizim münasibətlərin səviyyəsini göstərir. Bizim Azərbaycanla əlaqələrimiz siyasi, iqtisafi və digər sahələrdə inkişaf etməkdədir. İtaliya 1992-ci ildə Azərbaycanla əməkdaşlığa başlayan ilk ölkələrdən biri olub”. Auqusto Massari Azərbaycanla İtaliya arasında turizm sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Ötən il səfirlik tərəfindən azərbaycanlılara 10 mindən çox viza verildiyini diqqətə çatdıran səfirin sözlərinə görə, bunun çoxu biznes vizası olsa da, turizmlə bağlı da var: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər. Bu tendensiya artmaqdadır. Ümid edirik ki, İtaliyadan da bura gələnlərin sayı artacaq. Çünki Azərbaycanda həqiqətən də bu sahənin inkişafı üçün böyük işlər görülür”.

OXŞAR XƏBƏRLƏR