Ən maraqlı ölkə - TRANSİLVANİYA

Ən maraqlı ölkə - TRANSİLVANİYA
Xəbərlər 16 Fevral 2018 15:11 936
Ən maraqlı ölkə - TRANSİLVANİYA

“Lonely Planet” bələdçi nəşri “Best in Travel” bölməsində planetin ən görməli yerinin hara olması ilə bağlı sorğu keçirib.

Səyahət üçün ən maraqlı yer Drakulanın məskəni sayılan Rumıniyanın Transilvaniya bölgəsi seçilib. Transilvaniyanın paytaxtı Braşov şəhəridir. Yazıçı Abraham Stokerin “Drakula” əsərini oxuyan yəqin ki, Transilvaniya haqqında bilir. Əfsanəyə görə, bura vəhşi, təhlükəli və qaniçən vampirlərlə dolu olan bir yerdir. Transilvaniya dəhşət filmlərini sevənlər üçün əsl tapıntı olacaq. Deyilənə görə, burada əsl vampir yaşayır. O, gündüzlər cansız bədən olur, gecələr isə küçələrə çıxır, insanların qanını içir. Məhz elə bu əfsanə də Transilvaniyanı dünyanın ən çox maraq doğuran yerlərindən birinə çevirib. İndi Transilvaniyada bu vampirləri özünə qəhrəman seçən adamlar da var. Onlar gecələr günahsız insanları öldürürlər. Transilvaniyalılar həmişə inanıblar ki, ruh insan ölmədən də bədəndən çıxıb, quş kimi uça, səyahət edə bilər. Nəşrin məlumatına görə, Transilvaniya gələn il səyahətçilərin daha çox ziyarət edəcəyi əsas məkanlardan biri olacaq. Həmçinin Yeni Zelandiyanın Vayheke adası, İslandiyanın şimalında yerləşən buzlaqlar, Havay adaları da siyahının ilk onluğunda yer alıb.

OXŞAR XƏBƏRLƏR