Çin təqvimi ilə yeni ili qeyd edən ÖLKƏLƏR

Çin təqvimi ilə yeni ili qeyd edən ÖLKƏLƏR
Xəbərlər 17 Fevral 2018 11:00 178
Çin təqvimi ilə yeni ili qeyd edən ÖLKƏLƏR

Çin Ay təqviminə görə, ötən gecə Yeni il başlayıb. Bu, həm də bahar bayramı adlanır və yalnız Çində deyil, dünyanın bir sıra ölkələrində geniş qeyd olunur. Onun rəmzi sarı torpaq itidir.

Səyyah.az turizm portalı xəbər verir ki, Çin Yeni ili münasibətilə bir çox Asiya ölkələrində - Sinqapur, Malayziya, İndoneziya, Tailand və Yaponiyada şənliklər keçirilir. Bayram şərəfinə Cakartada yüzlərlə insan Vihara Dharma Bhakti məbədini ziyarət edir. Ziyarətçilər ənənəyə uyğun olaraq dilənçilərə sədəqə paylayırlar.

Yeni Ay ili Sidneydə də geniş bayram edirlər. Sankt-Peterburqda Vasilyevsk adasında tamaşaçılar Çin şousuna baxıblar. Qahirədə atəşfəşanlıq və rəqslərlə müşayiət olunan festival keçirilib.

Təbii ki, bu bayram Çində xüsusi qeyd edilir və ölkənin ən mühüm milli bayramı sayılır. Fevralın 16-dan etibarən ölkədə 7 günlük rəsmi tətil başlayıb. Şəhərlərdə işləyən 300 milyon nəfərə yaxın insan doğma bölgələrə üz tutub. Onların Yeni İli qeyd etmək üçün əyalətlərə qayıtması nəticəsində Pekin, Şanxay və digər meqapolislər boşalıb.

© Azərtac

OXŞAR XƏBƏRLƏR